İsrail həbsxanalarında olan fələstinlilərin 95 faizinə işgəncə verilir

Fələstinli Məhbuslar Cəmiyyəti İsrail həbsxanalarında olan fələstinlilərin 95 faizinin həbs edildiyi ilk andan işgəncələrə məruz qaldıqlarını açıqlayıb.

1443465
İsrail həbsxanalarında olan fələstinlilərin 95 faizinə işgəncə verilir

Fələstinli Məhbuslar Cəmiyyəti İsrail həbsxanalarında olan fələstinlilərin 95 faizinin həbs edildiyi ilk andan işgəncələrə məruz qaldıqlarını açıqlayıb.
BMT İşgəncədən əziyyət çəkənlərlə Beynəlxalq Həmrəylik Günü münasibətilə Fələstinli Məhkumlar Cəmiyyətinin verdiyi yazılı açıqlamada bildirilib ki, İsrail həbsxanalarındakı fələstinlilərin 95 faizi həbs olunduğu ilk andan həbsxanaya girənə qədər işgəncələrə məruz qalırlar. Fələstinli məhbuslar "tək bir kamerada təcrid olunma, qeyri-sanitariya şəraitində saxlanılması, sistemli basqınlar və tibbi laqeydlik nəticəsində tədricən ölümə tərk edilirlər.
Dindirilmə prosesinin işgəncənin ən vacib mərhələsi olduğu ifadə edilən açıqlamada fələstinli məhbusların mənəvi və fiziki işgəncə ilə cinayətləri qəbul etməyə məcbur edildikləri vurğulanıb.
Açıqlamada məhbusların 20 saata qədər dindirmə prosesinə məruz qaldıqları, yuxusuz qaldıqları, bədəndəki qan axışını dayandıran üsullarla bağlandıqları, başlarına çirkli torbalar taxıldığı da qeyd olunub.
Açıqlamada həmçinin bildirilib ki, İsrail dairələri məhbusları ailə üzvlərini həbs etmək, öldürmək, zorlamaqla təhdid edir. Ayrıca məhbuslar vannadan, tualatdən məhrum edilirlər, həftələrlə eyni şeyləri geymək məcburiyyətində qalırlar.
Fələstin rəsmilərinin məlumatına görə, İsrail həbsxanalarında 5 mindən çox fələstinli məhbus var.



Әlaqәli Xәbәrlәr