NATO üzvü olan 30 ölkənin nazirləri videokonfrans yoluyla bir araya gəldilər

Türkiyəni müdafiə naziri Hulusi Akar təmsil edib

1438048
NATO üzvü olan 30 ölkənin nazirləri videokonfrans yoluyla bir araya gəldilər

 

   NATO üzvü olan 30 ölkənin müdafiə nazirləri video konfrans yoluyla yeni tip korona virusu (Covid-19) epidemiyası, Rusiya, Əfqanıstan və İraq missiyalarını müzakirə etmək üçün bir araya gəliblər.

  Türkiyəni müdafiə naziri Hulusi Akar təmsil edib.

  Açılış nitqi ilə NATO-nun baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) çıxış edərək deyib: “NATO “Covid-19”la mübarizəyə qatqı təmin edir və gözlənilən ikinci dalğaya hazırlıq görür… Bu virus hələ yox olmayıb. Bir milyard vətəndaşın təhlükəsizliyini təmin etməli, müdafiə gücümüzü ortaya qoymalıyıq."

  Qeyd edək ki, 2 gün sürəcək iclasda nazirlər Rusiyanın nüvə silahı təhdidləri, NATO-nun missiya və əməliyyatları, Əfqanıstan, İraq və Liviyadakı proseslər, o cümlədən ABŞ-ın Almaniyadan əsgərləri çəkmə qərarı kimi mövzular müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr