Koronavirusla bağlı Qərbin vəziyyəti

Dünya miqyasında yeni növ karonavirus (Covid-19) səbəbi ilə həyatını itirənlərin sayı 374 min 232-dən yuxarıdır.

1426906
Koronavirusla bağlı Qərbin vəziyyəti

Dünya miqyasında yeni növ karonavirus (Covid-19) səbəbi ilə həyatını itirənlərin sayı 374 min 232-dən yuxarıdır. Yoluxma sayı 6 milyon 282 mini, sağalanların sayı isə 2 milyon 854 mini keçib.
Yeni növ koronavirusdan İtaliyada ölənlərin sayı son 24 saatda 75 nəfər artaraq 33 415 nəfərə, yoluxanların sayı isə 355 artaraq 233 min 19-a çıxıb.
Fransada son 24 saatda epidemiya səbəbiylə xəstəxanalarda 31 nəfər ölüb, insan itkisi 28 min 802-ə yüksəlib. Yoluxmaların sayı ilə bağlı mövcud rəqəmlərin bölüşülmədiyi ölkədə sağaların sayı 87 artaraq 68 355-ə çıxıb.
İspaniyanın Səhiyyə Nazirliyi son 24 saat ərzində yeni növ koronavirus infeksiyasından ölənlərin sayının 2 artaraq 27 127--yə yüksəlib. Nazirlik son bir həftə ərzində 39 nəfərin epidemiyadan öldüyünü açıqlayıb. Açıqlamaya görə, PCR testlərinə görə, son 24 saat ərzində yeni yoluxmaların sayının 96 olduğu və yoluxma sayının 239 min 429-a çıxdığını bildirib. Baş nazir Pedro Sançes 7 iyun tarixində sona çatacaq fövqəladə vəziyyət rejimini iyunun 21-dək uzatmaq üçün gələn həftə Parlamentə yeni qətnamə təqdim edəcəklərini açıqlayıb.

Belçikada "Covid-19" pandemiyasından ölənlərin sayı 9 548-ə, yoluxmaların sayı 58 min 517- yüksəlib. Ölkədə həftə sonu vətəndaşların  Almaniya, Fransa, Lüksemburq və Niderlanda ailə ziyarəti və alış-veriş üçün gedə biləcəyinin açıqlanmasından sonra qarışıqlıq baş verib. Fransa-Belçika sərhədindəki çətinliklər səbəbindən Fransa rəsmiləri sərhədlərin hələ açılmadığını elan ediblər. Belçikanın Xarici İşlər naziri Philippe Goffin baş verənlərə görə üzr istəyib. Goffin Fransa ilə də danışıqlar apardığını, lakin ünsiyyətdə problem olduğunu düşündüyünü bildirib.

Portuqaliyada "Covid-19" infeksiyası səbəbiylə ölənlərin sayı 410 minə, yoluxmaların sayı isə 32 min 500-ə yüksəlib. Həyatını itirənlərin 87 faizinin 70 yaşdan yuxarı olduğu bildirildikdə, ölkədə ilk dəfə 30 yaşına çatmamış bir nəfərin "Covid-19" infeksiyasından öldüyü bildirilib.
600 milyondan çox əhalisi olan Latın Amerikası bölgəsində virus səbəbiylə ölənlərin sayı 50 mini keçib, yoluxmanın sayı 1 milyonu ötüb.
ABŞ-dan sonra ən çox yoluxmanın aşkarlandığı və pandemiyanın Latın Amerikasında "mərkəzi" olaraq xarakterizə edilən Braziliya  514 min 849 yoluxma sayı ilə bölgədəki yoluxmaların yarısının virusdan qaynaqlanan 29 min 314 ölüm sayı ilə də bölgədəki ölüm hallarının olduğu ölkə olaraq önə çıxır.
Latın Amerikasının digər ölkələrində "Covid-19" insan itkisi belədir:
"Meksikada 9 min 930, Peruda 4 min 506, Ekvadorda 3 min 358, Çilidə 545, Kolumbiyada 939, Argentinada 539, Dominikan Respublikasında 502, Panama, Boliviya 336, Hondurasda 310, Qvatemalada 201, Kubada 83, El Salvadorda 46, Haitidə 41, Nikaraquada 35, Uruqvayda 22, Venesuelada 14, Paraqvay 11, Kosta Rikada 10".



Әlaqәli Xәbәrlәr