Liviya Parlamentinin sədri BMT-nin səssiz qalmasını qınadı

Liviya Parlamentinin sədri Hammude Əhməd es-Seyyale BMT-nin ölkənin şərqindəki qanunsuz silahlı qüvvələrin başçısı Xəlifə Hafterə sadiq milislərin hücumları qarşısındakı səssizliyini qınayıb.

1414577
Liviya Parlamentinin sədri BMT-nin səssiz qalmasını qınadı

Liviya Parlamentinin sədri Hammude Əhməd es-Seyyale BMT-nin ölkənin şərqindəki qanunsuz silahlı qüvvələrin başçısı Xəlifə Hafterə sadiq milislərin hücumları qarşısındakı səssizliyini qınayıb.
BMT Baş katibi Antonio Quterreşə məktub yazan Seyyale "Beynəlxalq ictimaiyyətin səssizliyini qınayırıq, bunu mülki şəxslərin qanın axıdılmasında tərəfdaş kimi qəbul edirik və Hafterə dəstək verənlərin cəzalandırılmasına çağırırıq" deyib.
Seyyale Tripolidəki mülki yaşayış yerlərinə hücum dayandırılmayana qədər danışıqlara çağırışları qəbul etməyəcəklərini vurğulayıb.
"Hücumların başlamasından sonra sizə dəfələrlə yazaraq təcavüzkarların açıq şəkildə qınanılmasını tələb etdik. Ancaq günahkarların adlarının çəkilmədiyi qeyri-müəyyən ifadələrlə dolu qınama mətnlərindən başqa heç nə görmədik" ifadələrini işlədib.
Seyyale düşmənləri məğlub etmək əllərindəki bütün imkanlardan istifadə edəcəklərini vurğulayıb və deyib:
"Düşmənə qarşı hərbi əməliyyatımız bitmədən əvvəl danışıqlar aparmaq çağırışını qəbul etməyəcəyik. Bilməyinizi istəyərik ki, qarşıdakı dövrdə Hafterin əsas tərəf olacaq danışıqları qəbul etməyəcəyik və ölkənin siyasi gələcəyi ilə bağlı Hafterin yer alacağı hər hansı bir danışığı qəbul etməyəcəyik. Məsuliyyətləri yerinə yetirməyinizi, bu cinayətləri edənlər ilə onlara dəstək olanların cəzalandırılmasını və Liviyanın gələcəyi ilə əlaqəli mövzulardan uzaq olmalarını istəyirik.
 Hafter milisləri mayın 9-da paytaxt Tripolinin müxtəlif bölgələrinə 80-dən çox raket atmışdı. Hücumlar nəticəsində ən az 6 mülki şxs həyatını itirmişdi. 



Әlaqәli Xәbәrlәr