Liviya ordusu Xәlifә Hafterә silah daşıyan tәyyarәni vurdu

Bu barәdә Liviya Milli Hәmrәylik Hökumәtinin apardığı ‘‘vulkan’’ әmәliyyatının mәtbuat xidmәtindәn verilәn açıqlamada bildirilib.

1412505
Liviya ordusu Xәlifә Hafterә silah daşıyan tәyyarәni vurdu
Fayiz es-Serrac.jpg
libya ucak vurma.jpg

 

Liviya Hәrbi Hava Qüvvәlәri ölkәnin şәrqindәki qeyri-qanuni qüvvәlәrin lideri Xәlifә Hafterә silah daşıyan tәyyarәni hava limanına endikdәn sonra vurdu.

Bu barәdә Liviya Milli Hәmrәylik Hökumәtinin apardığı ‘‘vulkan’’ әmәliyyatının mәtbuat xidmәtindәn verilәn açıqlamada bildirilib. Mәlumatda qeyd olunub ki, Hafterә sadiq qüvvәlәrә silah daşıyan ‘‘Antonov’’ tipli tәyyarә mayın 5-dә Terhunә hava limanına endiyi zaman vurulub.

Mәtbuat xidmәti hәmçinin Suriyanın Dәmәşq şәhәrindәn havaya qalxan Suriyanın ‘‘Cham Wings Airlines’’ aviaşirkәti mәxsus Airbus 320 tipli tәyyarәnin Liviya hava mәkanına daxil olduqdan sonra radardan itdiyini açıqlayıb. Hәbçilәri daşıyan tәyyarәnin endikdәn sonra hәdәf alınmaması üçün tәqib sistemindәn çıxmış ola bilәcәyi bildirilir.

Bu arada Liviya baş naziri Feyiz әs-Sәrrac BMT Tәhlükәsizlik Şurası tәrәfindәn 2011-ci ildә qәbul edilәn Liviyaya silah enbarqosu qәrarının әhatәli bir şәkildә nәzәrdәn keçirilmәsi ilә bağlı çağırış edib.

İtaliyanın xarici işlәr vә beynәlxalq әmәkdaşlıq mәsәlәlәri üzrә naziri Luici Di Maio ilә lelefon әlaqәsi saxlayan Sәrrac Avropa İttifaqının silah enbarqosunun nәzәrdәn keçirilmәsi üçün Aralıq dәnizindә keçirdiyi ‘‘İrini’’ әmәliyyatına qarşı olduqlarını tәkrarlayıb.

Di Maio isә öz növbәsindә İtaliyanın Liviya hökumәtini vә siyasi prosesi dәstәklәdiyini bildirib.



Әlaqәli Xәbәrlәr