Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiası sürәtlә yayılmağa davam edir.

1410716
Qәrb ölkәlәrindә  koronavirusla bağlı son vәziyyәt

 

Yeni növ koronavirus epidemiyası sürәtlә yayılmağa davam edir. Epidemiya nәticәsindә bu günәdәk hәyatını itirәnlәrin sayı 253 min 200-ü, infeksiyaya yoluxanların sayı isә 3 milyon 671 min 600-ü, sağalanların sayı da 1 milyon 211 min 178-i keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında epidemiya sәbәbindәn hәyatını itirәnlәrin sayı 70 mini, infeksiyaya yoluxanların sayı isә 1 milyon 200 mini keçib.

İtaliyada yeni növ koronavirus qurbanlarının sayı gün әrzindә 195 artaraq 29 min 79-a yüksәlib. Ölkәdә aktiv xәstә sayı isә 99 min 980-ә enib. Ölkәdә koronavirusdan ölüm sayında azalma müşahidә olunur.

Fransada koronavirusdan ölәnlәrin sayı sutka әrzindә 306 artaraq 25 min 201-ә yüksәlib. Ölkәdә virusa yoluxanların ümumi sayı isә 203 mini keçib.

İngiltәrәdә koronavirus qurbanlarının sayı 24 saat әrzindә 288 artaraq 28 min 734-ә yüksәlib. Bu ölkәdә koronavirus sәbәbindәn hәyatını itirәn Türkiyә vәtәndaşlarının sayı 47-ә yüksәlib. Bunlardan 37-nin cәnazәsi Türkiyәyә göndәrilib. Ölkәdә epidemiyaya yoluxanların ümumi sayı 3 min 985 artaraq 190 min 584-ә çatıb.

Bәzi qәrb ölkәlәrindә isә vәziyyәt belәdir:

İspaniyada koronavirusdan ölәnlәrin sayı 25 mini, Belçikada 7 mini, Braziliyada 7 minin, Almaniyada 6 mini, Hollandiyada 5 mini, Kanadada 3 mini, İsveçdә 2 mini, Meksikada 2 mini, İsveçrәdә 1500-ü, Ekvadorda 1500-ü, Peruda 1300-ü, İrlandiyada 1300-ü, Portuqaliyada  mini, Rumıniyada 800-ü, Polşada 600-ü vә Çilidә 200-ü  keçib.

Yeni Zelandiyada "Covid-19" virusundan 20 adam ölüb, virus aşkar edilən 1486 nəfərdən 1302-ni sağalıb. Baş nazir Jacinda Arder, epidemiya ilə mübarizədə qalib gələn ölkəsinin sərhədlərinin Avstraliyadan başqa ölkələrə uzun müddət bağlı qalacağını bildirib.
97 nəfərin öldüyü Avstraliyada virusa yoluxan 5 min 859  nəfər sağalıb. "Covid-19" pandemiyası tədbirləri çərçivəsində uçuşların dayandırılması ölkədə qalan Türkiyə vətəndaşları xüsusi təyyarə səfəriylə Türkiyəyə gətiriləcək.



Әlaqәli Xәbәrlәr