Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirusdan (Covid-19) dünya üzrə can itkisi 248 min 600-ü, yoluxma halları 3 milyon 584 min 100-ü keçərkən, sağalanların sayı isə bir milyon 161 min olub.

1410042
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirusdan (Covid-19) dünya üzrə can itkisi 248 min 600-ü, yoluxma halları 3 milyon 584 min 100-ü keçərkən, sağalanların sayı isə bir milyon 161 min olub.

Rusiyada "Covid-19" pandemiyasından ölənlərin sayı min 356-ya, yoluxanların sayı 145 min 268-ə yüksəlib. Orduda virus aşkarlananların sayı isə min 254 olub. 

Cənubi Koreyada virusan ölənlərin sayı 252-yə çıxıb, 10 min 801 yoluxma faktı qeydə alınıb.  

Şimali Kıbrıs Türk Cümhuriyyətində martın 23-dən etibarən koronavirusla bağlı görülən tədbirlər çərçivəsində tətbiq edilən komendant saatının müddəti bu gün sona çatıb. Məlumatda bildirilib ki, komendant saatının müddəti mayın 15-dək uzadılacaq və vətəndaşlar maska istifadə etməyə davam edəcək.

54 nəfərin həyatını itirdiyi Tailandda virusa yoluxanların sayı 2 min 987-yə yüksəlib.

Can itkisinin 555, virusa yoluxanların sayının 15 min 914 olduğu Yaponiyada ölkə miqyasında tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddəti may ayının sonuna qədər uzadılıb.
İranda pandemiyada 9 əyaletdə yoluxma sayında azalma olduğu, 15 əyalətdə isə artımın olduğu bildirilib. Ölkədə 
 "Covid-19" pandemiyasından ölənlərin sayının cəmi 6 min 277, yoluxma faktlarının sayı isə 98 min 647 olub. 

Pakistanda son 24 saat ərzində yeni növ koronavirus səbəbiylə daha 25 nəfərin dünyasını dəyişməsilə can itkisi 457-yə yüksəlib. Yoluxmaların sayı 301 min artaraq 20 min 71-ə çatıb.
"Covid-19" səbəbiylə 9 nəfərin öldüyü və aprelin 3-də yeni bir diaqnoz qoyulmasa da ümumi olaraq 461 insanın virusa yoluxduğu İordaniyada, bütün iqtisadi sektorların aprelin 6-dan etibarən yenidən fəaliyyət göstərməsi qərara alınıb.
İraqın Kərkük şəhərində yeni növ koronavirus epidemiyası səbəbiylə son iki ayda ikinci dəfə komendant saatı elan edilib. Aprelin 3-də 35 yeni yoluxma faktının ortaya çıxmasından sonra komendant saatı yenidən tətbiq ediləcək. Qərara əməl etməyənlərə cərimələr tətbiq ediləcək.

Epidemiya səbəbiylə 41 nəfərin öldüyü və 592 yoluxma faktının qeyd alındığı Sudanda nəqliyyat və infrastruktur naziri Haşim İbn Avfın "Covid-19" testi müsbət çıxdığı və ötən həftədən bəri evdə karantində olduğu bildirilib. 

Avrasiya ölkələrində can itkisi və yoluxma faktlarının sayı belədir:
Belarus 103/17 min 489, Ukrayna 303/12 min 331, Qazaxıstan 27/3 min 964, Qırğızıstan 10/830, Moldova 128/4 min 121, Ermənistan 39/2 min 507, Özbəkistan 10/2 min 160, Tacikistan 2 /128, Gürcüstan 9/595.
Bu gündən etibarən Qazaxıstanda bərbərxanaların , sağlamlıq mərkəzlərinin, diş klinikalarının, daşınmaz əmlak, reklam, sığorta şirkətləri, notarius, valyuta, kiçik maliyyə qurumları və informasiya texnologiyaları şirkətlərinin fəaliyyətinə icazə verilib. 
Paytaxt Nur Sultan və Almatıdan Qızılorda, Petropavlovsk, Öskemen və Semeyə uçuşlar başlayıb.

Mərakeş həbsxanalarında virus aşkar edilənlərin sayı 341 nəfərə çatıb, bunlardan 83 nəfəri həbsxana işçisi və 258-i isə məhbus olub.
"Covid-19"-dan ölüm faktının son 24 saat ərzində baş vermədiyi Malayziyada yoluxanların sayı bu gün 55 artaraq 6 min 353-ə çatıb. 
Ölkədəki "Covid-19" tədbirləri çərçivəsində bir müddətdir fəaliyyətləri dayandırılan iqtisadiyyat sektoru ilə əlaqəli müəssisələr yenidən fəaliyyətə başlayıb.
İndoneziyada son 24 saat ərzində virusdan ölənlərin sayı 19 artaraq 864, yoluxanların sayı 395 artaraq 11 min 587-ə çatıb. Sağalanların edənlərin sayı 78 artaraq 954 min olub.
Vyetnamda virusun yayılmasının qarşısını almaq üçün 3 aydır bağlanan məktəblər yenidən açılmağa başlayıb.

 



Әlaqәli Xәbәrlәr