Moldovanın daxili işlər naziri korona virusuna yoluxdu

Nazirin özü mətbuata açıqlamasında korona virusuna tutulduğunu təsdiqləyib

1409848
Moldovanın daxili işlər naziri korona virusuna yoluxdu
Pavel Voyku...jpg

 

  Moldovanın daxili işlər naziri Pavel Voyku korona virusu infeksiyasına yoluxub.

  Nazirin özü mətbuata açıqlamasında deyib: “Mayın 2-də korona virusunun yüngül formasına tutulduğum təsdiqləndi. Hazırda evdə özünütəcrid formasında müalicə alıram”.

  Qeyd edək ki, son məlumata görə, Moldovada 3980 nəfər korona virusuna yoluxub, onlardan 1004-ü tibb işçisidir. 1334 nəfər müalicə olunaraq evə buraxılıb, 124 nəfər isə ölüb.



Әlaqәli Xәbәrlәr