ÜST epidemiyanın bitmə nöqtəsindən uzaq olduğunu bildirdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, "Covid-19" pandemiyası ilə əlaqədar açıqlama verib.

1406649
ÜST epidemiyanın bitmə nöqtəsindən uzaq olduğunu bildirdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, "Covid-19" pandemiyası ilə əlaqədar Afrika, Şərqi Avropa, Latın Amerikası və bəzi Asiya ölkələrində artan yoluxma sayından narahatlığını bildirərək, epidemiyanın bitmə nöqtəsindən uzaq olduğunu açıqlayıb.

Qebreyesus ÜST-ün İsveçrənin Cenevrə şəhərindəki qərargahında videokonfrans formatında brifinq keçirib. "Covid-19"un dünya miqyasında çox sayda insanın ölümünə səbəb olduğunu açıqlayan Qebreyesus “ÜST epidemiyanın digər səhiyyə sahələrinə və xüsusilə uşaqlara təsirindən dərin narahatlıq keçirir. Uşaqlarda koronavirusun səbəb olduğu ağır xəstəlik və ölüm riski daha azdır, amma peyvəndlə qarşısı alınan digər xəstəliklərin riski yüksəkdir”-deyə bildirib.

“Epidemiya bitmə nöqtəsindən çox uzaqdır” deyən Qebreyesus, Təşkilatın Afrika, Şərqi Avropa, Latın Amerikası və bəzi Asiya ölkələrində artan yoluxma sayından narahat olduğuna diqqət çəkib.

Qebreyesus bildirib ki, bu ölkələrdə test yoxlamaları zəif olduğundan yoluxma və ölüm sayı açıqlananlardan daha çoxdur.



Әlaqәli Xәbәrlәr