İsrailin səhiyyə naziri istefa etdi

Bu barədə İsrailin “13-cü kanal"ı məlumat yayıb

1405283
İsrailin səhiyyə naziri istefa etdi

 

İsrailin səhiyyə naziri Yaakov Litzman vəzifəsindən istefa verib.

"RİA Novosti"nin yazdığına görə, bu barədə İsrailin “13-cü kanal"ı məlumat yayıb. Qeyd olunub ki, nazir istefası haqqında ərizəni baş nazir Benyamin Netanyahuya təqdim edib.

  Telekanalın jurnalistləri bildirirlər ki, Yaakov Litzmanın korona virusu epidemiyasının qarşısını almaqla bağlı yürütdüyü siyasət ciddi tənqidlərlə üzləşib.

  Xatırladaq ki, İsrailin səhiyyə naziri Yaakov Litzmanın özü də korona virusu infeksiyasına yoluxmuşdu.



Әlaqәli Xәbәrlәr