Epidemiyanın mərkəzinə çevrilən ABŞ-da son 24 saat ərzində ölənlərin sayı

Ölkədə virusa yoluxanların sayı 25 min 56 artaraq 582 min 634-ə yüksəlib.

1398238
Epidemiyanın mərkəzinə çevrilən ABŞ-da son 24 saat ərzində ölənlərin sayı

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Epidemiya səbəbindən indiyədək həlak olanların sayı 128 min olduqda, yoluxanların sayı isə 2 milyonu keçib. Müalicә olunan xәstәlәrin sayı isә 484 min 597 minә çatıb.
Epidemiyanın mərkəzinə çevrilən ABŞ-da son 24 saat ərzində ölənlərin sayı  2 min 410 artaraq 26 min 59-a çatıb. Ölkədə virusa yoluxanların sayı 27 min 91 artaraq 614 min 246-ya yüksəlib. 
Epidemiya təsirini Nyu-Yorkda ən çox hiss etdirməyə davam edir. Nyu-York 10 min 588 ölümlə ilk sırada qalsa da, 200 minə yaxınlaşan yoluxanların sayı narahatlığa səbəb olur. 
Bu arada, Nyu- York City Səhiyyə İdarəsindən edilən açıqlamada test edilməmiş 3 min 700-dən çox insanın koronavirusdan öldüyü güman edildiyi və ölənlərin sayına yenidən baxıldığı bildirilib. Bununla da ölənlərin sayı ümumilikdə 27 minə, ştatda isə 14 minə çatıb. Ştatın Queens şəhərində onlarla səyyar morqlar istifadəyə verilib.

İspaniyada "Covid-19" epidemiyasından ölənlərin sayı son 24 saatda 523 nəfər artaraq 18 min 579-a, yoluxmaların sayı 174 min 60-a yüksəlib.
İtaliyada bir gündə virus səbəbiylə 602 ölümün qeydə alınması ilə epidemiyadan həyatını itirənlərin sayı 21 min 67-yə yüksəlib. Virusa yoluxanların sayı 162 min 488-ə, sağaların sayı isə 37 min 130-a çıxıb.
Fransada "Covid-19" epidemiyasında ölənlərin sayı son 24 saat ərzində 562 artaraq 15 min 592 olub. Virus aşkarlanan insan sayı 6 min 524 artaraq 143 min 303-ə yüksəlib.
Almaniyada aprelin 14-də daha 8 Türk vətəndaşı koronavirusdan həyatını itirib. Ölkədə 64-ü Türk olmaqla 3 min 424 xəstə dünyasını dəyişib. 132 min 210 insanda isə virus aşkarlanıb.
Latın Amerikası ölkələrindən Braziliyada virus səbəbiylə 532 nəfər ölüb, 25 min 684 nəfər isə virus yoluxub. Bunlara Rio-de-Janeyro əyalətinin icra başçısı Vilson Vitzel də daxildir.

İngiltərədə koronavirusdan vəfat edənlərin sayı sutka ərzində 761 artaraq 12 min 868-ə çatıb.

Belçikada koronavirusdan həyatını itirənlərin sayı sutka ərzində 283 artaraq 4 min 440 nəfərə çatıb, infeksiyaya yoluxanların ümumi sayı isə 33 min 573-ə yüksəlib.
Bölgədə ölkələrdən biri olan Peru prezidenti Martin Vizcarra isə epidemiya səbəbiylə 230 ölümün və 10 mindən çox yoluxma faktının olduğunu açıqlayıb.



Әlaqәli Xәbәrlәr