Dünyada koronavirusa yoluxanların sayı 2 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir.

1398233
Dünyada koronavirusa yoluxanların sayı 2 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Epidemiya səbəbindən indiyədək həlak olanların sayı 125 min olduqda, yoluxanların sayı isə 2 milyonu keçib. Müalicә olunan xәstәlәrin sayı isә 480 minә çatıb.

Dünyasını dəyişənlərin sayının 3 min 342 olduğu Çində son 24 saatda bir nəfərin öldüyü, 46 "Covid-19" yoluxma faktının qeydə alındığı bildirilib. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 82 min 295-ə yüksəlib.
Epidemiyada 118 nəfərin öldüyü İsraildə virusa yoluxanların sayı 12 min 46 olub. Bunlara 8 günlük bir körpə dә daxildir. Anasında "Covid-19" aşkarlanmayan körpənin vəziyyətinin yaxşı olduğu bildirilib.

Dünyasını dəyişənlərin sayının 4 min 683 olduğu İranda virusa yoluxanların sayı 74 min 877-ə yüksəlib. Ölkənin İsfahan şəhərində koronavirus barədə əsası olmayan və təxribatçı paylaşmalar etdikləri irəli sürülən 23 nəfər saxlanıb.
Rusiyada can itkisi 198-ə, koronavirusa yoluxanların sayı 24 min 490-a çatıb.
Cənubi Koreyada 10 min 591 nəfərdə vidus aşkarlanıb.
15 ölüm olduğunu vә min 275 yoluxma faktının aşkarlandığını açıqlayan Qazaxıstanda fövqәladә vәziyyәt mayın 1-dək uzadılıb.
4 nәfәrin hәyatını itirdiyi Özbəkistanda virusun yoluxduğu insan sayı min 214-ü keçib.

Qırğızıstanda virusdan ölənlərin sayı 5-ə, yoluxanların sayı isə 449-a çatıb. 
Parlament prezident tərəfindən təsdiqlənən fövqəladə vəziyyət rejimini aprelin 30-dək uzadan fərmanı təsdiqləyib.
"Covid-19" səbəbindәn 41 nəfərin öldüyü Moldovada  min 934 yoluxma faxtı var.

Can itkisinin 108 olduğu Ukraynada yoluxma sayı 3 min 764-ə yüksəlib.
Belarusun Səhiyyə Nazirliyi ölənlərin sayının 33-ə, yoluxanların sayının isə 3 min 281-ә yüksәldiyini açıqlayıb. 
Epidemiyadan 3 nəfərin öldüyü, yoluxanların sayının 309 olduğu Gürcüstanda paytaxt Tbilisi ilə Kutaisi, Batumi və Rustavi şəhərləri bu gündən etibarən 10 gün ərzində giriş və çıxış üçün bağlanacaq.
Koronavirus nəticəsində ölənlərin sayı Əlcəzairdə 326, Səudiyyə Ərəbistanında 73 nəfərə çatıb.
78 nəfərin həyatını itirdiyi İraqdakı yoluxma faktının sayı min 400 olub.
Tunisdə 34 ölüm faktı, aralarında Ittihad bin Kirdan futbol komandasının üzvü Ömer Zekri də daxil olmaqla, 727 yoluxma faktı qeydə alınıb.

126 nəfərin həyatını itirdiyi Mərakeşdə hökumət yeni növ koronavirusla mübarizə üçün təşkil edilən fonda verilmək üzrə dövlət qulluqçularının maşlarında 3 günlük əmək haqqı kəsilməsi qərarı verib.

Qvineyada yeni növ koronavirusdan ilk ölüm faktı qeydə alınıb. Yoluxanların sayı isə 363-ə çatıb.
Hindistanda koronavirusa yoluxanların sayı 11 min 487-yə yüksəlib. Baş nazir Narendra Modi "Covid-19" epidemiyasının yoluxmasının qarşısını almaq üçün ölkə daxilində tətbiq olunan komendant saatı müddətinin uzadıldığını elan etdikdən sonra Mumbayda minlərlə insan qərara etirazını bildirib. Komendant saat qərarı səbəbi ilə təcriddə olan miqrant işçilərin epidemiya səbəbindən yaradılan karantin mərkəzlərindən qaçdıqları bildirilib.
Pakistanda həyatını itirənlərin sayı 107-yə, yoluxanların sayı 5 min 988-ə yüksəlib.
Can itkisinin 25, yoluxma faktının 784 olduğu Əfqanıstanda epidemiyanın qarşısını almaq üçün bir çox şəhərdə, xüsusən də paytaxt Kabildə komendant saatları elan edilib. Virusun bütün bölgələrə yayılması səbəbindən bir çox şəhərə giriş və çıxışlar da qadağan edilib.

Afrika qitəsində ölənlərin sayı 874, virusa yoluxanların sayı 16 min 285 olub. Lesoto Komor adalarında isə hələ də virus aşkarlanmayıb.



Әlaqәli Xәbәrlәr