Qasırğa ABŞ-da onlarla evi dağıdıb, ölənlər var

ABŞ-da  güclü fırtına və qasırğalar səbəbindən Missisipi ştatında 19 nəfər ölüb.

1396917
Qasırğa ABŞ-da onlarla evi dağıdıb, ölənlər var

ABŞ-da  güclü fırtına və qasırğalar səbəbindən Missisipi ştatında 19 nəfər ölüb.
Mississippi icra hakimiyyəti başçısı Tate Reeves ştatda baş verən güclü fırtına və qasırğalar səbəbiylə əhalinin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün "təcili vəziyyət" elan edib.
Klarksdale bölgəsində güclü külək elektrik dirəklərini və ağacları devirib.
Monro şəhərinin bələdiyyə başçısı Ceymi Mayonun sözlərinə görə, yaşayış məntəqəsinə “faciəli zərər vurulub”.
"Biz Monronun bir çox rayonlarında elektrik xətlərini kəsdik. Onlara toxunmayın", - başçı bildirib. 
O, qeyd edib ki, artıq mütəxəssislər müxtəlif rayonlarda işləyirlər.
Alabamanın Morgan bölgəsində ildırım vurması nəticəsində bir kilsənin damı və zəng qülləsi ziyan dəyib. 
Güclü külək Valker  bölgəsində də binalara ziyan vurub, ağacları devirib.



Әlaqәli Xәbәrlәr