“Boeing” könüllü işdən çıxarmalara başladı

Amerikanın təyyarə istehsalçısı “Boeing” yeni növ korona virusunun (Covid-19) təsirilə şirkətdə könüllülük planına başladığını açıqladı

1390637
“Boeing” könüllü işdən çıxarmalara başladı

 

  Amerikanın təyyarə istehsalçısı “Boeing” yeni növ korona virusunun (Covid-19) təsirilə şirkətdə könüllülük planına başladığını açıqladı.

  “Boeing”in icraçı direktoru (CEO) Deyv Kelhun (Dave Calhoun) işçiləri üçün şirkətin hazırkı bazar şəraitilə bağlı addım atdığını bildirərək deyib: “İşimizin gələcəyini qorumaq üçün əlimizdən gələn hər şeyi edirik. Aviasiya və kosmik sənayenin “Covid-19”un səbəb olduğu böhrandan çıxması vaxt alacaq. Dünya bu pandemiyadan qurtulduqda bazarın ölçüsü, müştərilərin istək və ehtiyacı üzrə məhsul və xidmət növləri də fərqli olacaq. İstək və tələbatı tarazlaşdırılmaq, mövcud reallığa uyğunlaşdırmağa başlamaq vacibdir. Bunun üçün dövriyyəyə könüllü məşğulluq tədbirlərini saldıq. Belə ki, bu kontekstdə könüllü ixtisar planına başladıq. Şirkətdən ayrılmaq istəyən işçilərə müəyyən ödəniş və sosial yardım haqlarından faydalanma təmin edirik.”

  Qeyd edək ki, bundan əvvəl – martın 23-də “Boeing” şirkəti “Covid-19”la əlaqədar Vaşinqton ştatının Puget Sound bölgəsindəki obyektlərində istehsalı 14 günlüyə dayandırdığını açıqlamışdı.

  Amerika mətbuatında yayılan xəbərlərə görə, təyyarə mühərriki tədarükçüsü “General Electric Aviation” şirkəti də işçilərinin təxminən 50 faizini müddətsiz məzuniyyətə buraxacaq.



Әlaqәli Xәbәrlәr