Angela Merkel yeni növ koronavirusa görə liderlərlə video konfrans vasitəsilə görüş keçirəcək

Almaniya kansleri Angela Merkel yeni növ koronavirusun (Kovid-19) sürətlə yayılması səbəbindən əhalidən mümkün qədər sosial əlaqələrdən imtina etmələrini istəyib.

1377886
Angela Merkel yeni növ koronavirusa görə liderlərlə video konfrans vasitəsilə görüş keçirəcək

Almaniya kansleri Angela Merkel yeni növ koronavirusun (Kovid-19) sürətlə yayılması səbəbindən əhalidən mümkün qədər sosial əlaqələrdən imtina etmələrini istəyib.

Merkel 16 əyalətin baş naziri ilə koronavirusa qarşı görüləcək tədbirlərdən sonra keçirilən birgə mətbuat konfransında təcili olmayan tədbirlərin ləğv edilməsinə çağırdı.

Almaniya kansleri uşaq bağçası və digər məktəblərin müvəqqəti bağlandığını, 16 əyalətdə fərqli təhsil təqvimlərinin olduğunu və hazırda bağlanılmayacağını ifadə edib, ancaq Pasxa bayramı tətilinin irəli tarixdə olmasının seçimlər arasında arasında olduğunu bildirib.

"Çox müstəsna bir vəziyyətlə qarşı-qarşıyayıq" deyə bildirən Merkel "Bu, tarix boyunca kiçik bir zamandan başqa bir şey deyil, ancaq bizdən çox şəy tələb edən bir zamandır."

Koronavirus epidemiyası ilə yaranan vəziyyətin keçmiş bank böhranı ilə müqayisədə daha istisna vəziyyət olduğunu vurğulayan Almaniya kansleri ''İnsanların həyatını xilas etmək borcumuzdur. Həmin zamanda iqtisadiyyatın işləməsinə imkan vermək də bizim vəzifəmizdir''.

Baş verənlərin iqtisadi sistemdə ciddi izlərinin olacağını bildirən Merkel "Bu, bizim üçün də qeyri-müəyyən vəziyyətdir. Dinamik bir epidemiya ilə qarşı-qarşıyayıq, daşıyıcıların sayı sürətlə artır” deyib.

Bundan əlavə, əyalət baş nazirləri ilə görüşdə alınan qərara əsasən, Almaniyadakı xəstəxanalarda planlaşdırılmış adi və təcili olmayan xəstə qəbulu ilə əvvəldən planlaşdırılmış əməliyyatların daha gec bir tarixə təxirə salınacağı öyrənilib.

Digər tərəfdən, Merkelin Serbiya prezidenti Aleksander Vuçiç və Lüksemburqun baş naziri Xavier Bettel ilə görüşlərinin yeni növ koronavirusun (Kovid-19) yayılması səbəbiylə video konfrans vasitəsilə təşkil ediləcəyi bildirilir.

Almaniya hökumətinin sözçüsü Steffen Seibert Merkelin bazar ertəsi günü Vuçiç ilə görüş keçirəcəyini bildirib.

"Bu görüş Vuçiçin Berlinə səfəri kimi planlaşdırılıb. İndi hər iki tərəfin razılığı ilə video konfransa çevrilib və bazar ertəsi günortadan sonra bu video konfrans baş tutacaq” deyə sözçü qeyd edib.

Seibert Merkelin martın 19-da Berlində baş tutması planlaşdırılan Lüksemburq baş naziri Bettel ilə görüşünün də video konfrans vasitəsi ilə keçiriləcəyini bildirib.

Merkelin gələn həftə prezident Rəcəb Tayyib Ərdoğan ilə Türkiyədə bir araya gələcəyi xatırladılaraq, bu görüşün olub olmayacağının sualı qarşısında Seibert ölkədəki koronavirus epidemiyasına işarə edərək, "Buna görə prezident Ərdoğanla ehtimal olunan görüşlə bağlı hələ planlaşdırma mərhələsindəyik" cavabını verib.



Әlaqәli Xәbәrlәr