Dünyanı təhdid edən yeni növ koronavirus (COVİD-19)

Dünyanı təhdid edən yeni növ koronavirus (COVİD-19) qurbanlarının sayı Çində 3 min 139 olub.

1375666
Dünyanı təhdid edən yeni növ koronavirus (COVİD-19)

Dünyanı təhdid edən yeni növ koronavirus (COVİD-19) qurbanlarının sayı Çində 3 min 139 olub. 

Ölkədə daşıyıcıların sayı isə 4 min 794-nün vəziyyəti ağır olmaqla 80 min 754-ə çatıb. Fucien əyalətinə bağlı Cüencou şəhərində martın 7-də çökən və koronavirus faktlarının karatin mərkəzi kimi istifadə olunan Xinjia Express otelin dağıntılarından 59 nəfər çıxarılıb. Bunlardan 18-i həyatını itirib, 12 nəfər isə hələ də dağıntıların altındadır.

İraqda isə Səhiyyə Nazirliyi virusdan ölənlərin sayını 7, daşıyıcıların sayını isə 62 olaraq açıqlayıb.

İranda yeni növ koronavirusdan ölənlərin daha 54 nəfər artması ilə 291-ə, daşıyıcıların sayının isə 8 min 42-yə çıxdığı bildirilib.

Ölkənin cənub-qərbindəki Sistan-Belucistan əyalətinə bağlı Cabahar şəhəri koronavirusa görə tədbir məqsədli karantinə salınıb.

Koronavirusa yoluxan Qum Səhiyyə Elmləri universitetinin rektoru Məhəmməd Rza Qədir isə sağalaraq vəzifəsinin icrasına başlayıb.

İsrail rəhbərliyi yeni növ koronavirus səbəbindən ölkəyə qayıdan İsraillilərin və ölkəyə girən xarici ölkə vətəndaşlarının 14 gün müddətində karantində saşlanılmaları barədə qərar alıb.

Koronavirus daşıyıcı sayı Misirdə 59-a, Səudiyyə Ərəbistanıda 20-yə yüksəlib.  

Livanda isə yeni növ koronavirusundan ilk ölüm halı qeydə alınıb.

Afrika qitəsində Əlcəzair, Seneqal, Misir, Mərakeş, Nigeriya, Tunis, Cənubi Afrika Cümhuriyyəti, Kamerun və Toqoda “Covid-19” infeksiyasının aşkarlandığı adam sayı 94-ə çıxıb.  



Әlaqәli Xәbәrlәr