Yunanıstanın miqrantlara zorakılığına  reaksiyalar davam edir

Avropa Parlamentindən 59 deputat Yunanıstanı "zorakılığa son qoymağa" çağırıb.

1371453
Yunanıstanın miqrantlara zorakılığına  reaksiyalar davam edir

59 millət vəkili Avropa İttifaqı Komissiyasına yazdıqları məktubda “Yunanıstan sərhədini keçməyə cəhd edən miqrantlara tətbiq edilən zorakılığın və şiddətin qəbul edilməz olduğu bildirilib və vəziyyətin ciddi narahatlıq yaratdığına diqqət çəkilib.

Yunan hakimiyyətinə milli və beynəlxalq qanunlara riayət mövzusunda çağırış edilən məktubda: “ Yunanıstan miqrantların ölkəyə daxil olmalarına dair lazımlı prosedurları tətbiq etməlidir. Sığınacaq tələb edənlərə qarşı izaholunmaz və yolverilməz bu zorakılıq qəbul edilməzdir. Şiddətə son qoyulmalıdır”-deyə deputatların məktubunda vurğulanıb.

Beynəlxalq Amnistiya Təşkilatından yayılan açıqlamada isə miqrantların ölkəyə daxil olmalarının qarşısını almaq üçün Yunanıstanın qeyri-insani tədbirlərinin onların həyatı üçün risk təşkil etdiyi qeyd edilib.

 



Әlaqәli Xәbәrlәr