ABŞ-ın dövlǝt katibi Kosova prezidenti ilǝ görüşüb

Amerika Birlǝşmiş Ştatları dövlǝt katibi Mayk Pompeo Kosovanın müstǝqilliyini dǝstǝklǝdiyini ifadǝ edib.

1367320
ABŞ-ın dövlǝt katibi Kosova prezidenti ilǝ görüşüb

 

Amerika Birlǝşmiş Ştatları dövlǝt katibi Mayk Pompeo Kosovanın müstǝqilliyini dǝstǝklǝdiyini ifadǝ edib.

ABŞ Dövlǝt Departamentinin mǝtbuat katibi Morqan Ortaqusun verdiyi açıqlamada Mayk Pompeonun Kosova prezidenti Haşim Taçi ilǝ paytaxt Vaşinqtonda görüşdüyü bildirilib.

Açıqlamaya ǝsasǝn, Pompeo Kosovada oktyabr ayında demokratik mühitdǝ keçirilǝn seçkilǝrǝ görǝ Haşim Taçini tǝbrik edib.

‘‘Amerika Birlǝşmiş Ştatları ilǝ Kosova arasındaki güclü tǝrǝfdaşlığa diqqǝt çǝkǝn Mayk Pompeo ABŞ-ın ortaq dǝyǝrlǝrǝ vǝ müstǝqil Kosovaya dǝstǝk vermǝyǝ davam edǝcǝyini vurğulayıb’’,-deyǝ açıqlamada vurğulanıb.



Әlaqәli Xәbәrlәr