Aİ-dan koronavirusa qarşı mübarizə üçün maliyyə yardım

Avropa İttifaqı yeni növ koronavirusun (Kovid-19) yayılmasına qarşı mübarizə üçün 230 milyon avro yardım edilməsini nəzərdə tutan qərar qəbul etdi.

1365296
Aİ-dan koronavirusa qarşı mübarizə üçün maliyyə yardım

Aİ-nin Böhran Vəziyyətləri üzrə Komissarı Janez Lenarcic, Belçikanın paytaxtı Brüsseldə mətbuata açıqlamasında Kovid-19-ın 29 ölkəyə yayıldığına və 2600 adamın həyatını itirdiyinə diqqət çəkib və alyansa üzv ölkələrin bu sahədə həmrəylik çərçivəsində addım atmalarının əhəmiyyətini vurğulayıb.

Aİ-nin koronavirusa qarşı mübarizə məqsədiylə 230 milyon avro yardım edilməsinə dair qərar qəbul etdiyini ifadə edən Lenarcic bunun bir hissəsinin Ümumdünya Səhiyyə Təşkilatına bir hissəsinin də araşdırma fəaeliyyətlərinin aparılması üçün üzv ölkələrə təqdim veriləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr