Fayiz Səracın beynəlxalq ictimaiyyətə çağırışı

Liviya Milli Həmrəylik Hökumətinin baş naziri Fayiz Sərac Hafterin Berlin Konfransında qəbul edilən qərarlara əməl etməsini təmin etmək məqsədilə beynəlxalq ictimaiyyətə çağırış edib.

1358722
Fayiz Səracın beynəlxalq ictimaiyyətə çağırışı

Liviya Milli Həmrəylik Hökumətinin baş naziri Fayiz Sərac mənfi xarici müdaxilələrin qarşısını almaq və ölkənin şərqindəki qeyri-qanuni qüvvələrin başçısı Xəlifə Hafterin Berlin Konfransında qəbul edilən qərarlara əməl etməsini təmin etmək məqsədilə beynəlxalq ictimaiyyətə çağırış edib.

Baş Nazirlik Ofisinin bəyanatına görə, Sərac İtaliyanın xarici işlər naziri Liugi Di Maio ilə paytaxt Tripolidə bir araya gəlib.

Görüşdə Hafter milislərinin neft sahələrini bağlaması və bunun məhvedici təsirilə mübarizə yolları ilə yanaşı qeyri-qanuni köçün qarşısının alınmasına dair koordinasiya məsələsi müzakirə olunub.

Liviyanın baş naziri Sərac görüşdə “Mənfi xarici müdaxilələrin qarşısını almaq və ölkənin şərqindəki qeyri-qanuni qüvvələrin başçısı Xəlifə Hafterin Berlin Konfransında qəbul edilən qərarlara əməl etməsini təmin etmək məqsədilə beynəlxalq ictimaiyyət güclü mövqe ortaya qoymalıdır. Bu möhkəm mövqe olmayacağı halda silah axışı və pozuntular davam edəcəkdir” ifadələrini işlədib.

İtaliyanın xarici işlər naziri Di Maio da ölkəsinin Milli Həmrəylik Hökumətinə dəstəyini təkrarlayıb və Liviya xalqı ilə həmrəylik içində olduqlarını ifadə edib.

Di Maio İtaliyanın Berlin Konfransı qərarlarına və Liviya böhranını həll etməklə bağlı siyasi prosesə tam dəstək verdiyini açıqlayıb.

Qeyd edək ki, Liviyadakı tərəflər və beynəlxalq ictimaiyyətin iştirakı ilə 19 yanvarda Almaniyanın paytaxtı Berlində keçirilən Liviya mövzulu konfransda atəşkəs və dialoq üçün çağırış edilmişdi.



Әlaqәli Xәbәrlәr