"Sudandakı müvəqqəti hökumətə lazım gələn dəstəyi verməyə hazırıq", A.Qutarreş

BMT-nin baş katibi Antonio Quttareş Sudandakı müvəqqəti hökumətə lazım gələn dəstəyi verməyə hazır olduqlarını bildirib.

1356229
"Sudandakı müvəqqəti hökumətə lazım gələn dəstəyi verməyə hazırıq", A.Qutarreş

BMT-nin baş katibi Antonio Quttareş Sudandakı müvəqqəti hökumətə lazım gələn dəstəyi verməyə hazır olduqlarını bildirib.

Baş Nazirliyin mövzuyla bağlı açıqlamasına görə, Sudanın baş naziri Abdullah Hamduk Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən 33-cü Afrika Birliyi Liderlər Zirvə yığıncağında Qutarreş ilə bir araya gəlib.

Görüşdə Sudandakı son vəziyyət, keçid dövründə qarşı-qarşıya gəlinən çətinliklər və Cənubi Sudandakı sülh prosesi mövzuları müzakirə olunub.

Keçid dövrünə dəstəyini vurğulayan Qutarreş qarşı-qarşıya olduqları çətin şərtlərin aradan qaldırılması üçün Abdullah Hamduk hökumətinə mümkün olan bütün dəstəyi verməyə hazır olduğunu ifadə edib.

Baş katib liderlər zirvəsinin yığıncağında da bunu dilə gətirib.

Digər tərəfdən Sudan keçid hökuməti ölkədə sülhün qorunması üçün BMT-dən sülhü qoruma missiyası tələb edib.

Hökumət nümayəndəsi Əl Barak ən-Nəzir Sudan rəsmi xəbər agentliyi “SUNA”-ya verdiyi bəyanatında bildirib ki, Sudan hökuməti BMT müqaviləsinin 6-cı maddəsinə əsasən mümkün olan yaxın zamanda ölkə miqyasında vəzifə öhdələnəcək sülhü qoruma missiyası yaradılmasını tələb etdi.

Siyasi nümayəndələrdən təşkil tapacaq BMT missiyasının 2022-ci ildə keçiriləcək ümumi seçkilərə qədər keçid dövrünü nizamlayan Konstitusiya Bildirişinin tətbiq edilməsinə də dəstək olmasını gözlədiklərini bildirən sözçü missiyanın hərbi qüvvələri əhatə edib etməyəcəyinə dair məlumat verməyib.

Xuraman Süleymanlı

TRT Azərbaycan-ın xüsusi müxbiri

Bakı



Әlaqәli Xәbәrlәr