Ukraynada matəm elan olunub

Odessada kollecdə baş verən yanğın nəticəsində ölənlərin sayı 8-ə çatıb.

1319430
Ukraynada matəm elan olunub

 

  Odessada kollecdə baş verən yanğın nəticəsində ölənlərin sayı 8-ə çatıb.

  Bu barədə Odessa vilayəti polisinin mətbuat xidməti məlumat yayaraq bildirib ki, dekabrın 4-də baş verən yanğının söndürülməsi zamanı xəsarət alan 1976-cı il təvəllüdlü xilasedicinin həyatını qurtarmaq mümkün olmayıb. Daha səkkiz nəfərin taleyi isə naməlum olaraq qalır.

  Yanğın baş verən kollecdə itkin düşənlərin axtarışları davam edir.

  Hadisə nəticəsində 30-a yaxın insan xəsarət alıb.

  Ukrayna prezidenti Vladimir Zelenski baş verən faciə ilə bağlı dekabrın 8-də ölkə üzrə matəm elan edilməsinə dair sərəncam verib.

  Qeyd edək ki, dəhşətli yanğına səbəb kimi elektrik naqillərinin qısaqapanması göstərilir. Faktla bağlı cinayət işi açılıb.



Әlaqәli Xәbәrlәr