NATO-nun Dördlü Zirvə Toplantısında dövlət başçıları nələri müzakirə etdilər?

İngiltərə Nazirlər Kabinetinin 10-cu ofisinin məlumatına görə...

1317206
NATO-nun Dördlü Zirvə Toplantısında dövlət başçıları nələri müzakirə etdilər?

 

  İngiltərənin paytaxtı Londonda təşkil edilən NATO-nun Dördlü Zirvə Toplantısında dövlət başçıları terrorun hər növünə qarşı mübarizənin davamı ilə bağlı müzakirə aparıblar.

  İngiltərə Nazirlər Kabinetinin 10-cu ofisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və İngiltərənin baş naziri Boris Consonun iştirak etdiyi Suriya mövzulu Dördlü Zirvə Toplantısı ilə bağlı yazılı açıqlama verib. Məlumatda bildirilir:

  “Dövlət başçıları görüşdə ölkələri arasındakı geniş strateji, iqtisadi və müdafiə ortaqlıqlarından danışaraq bu əlaqələrin NATO üzərindən də olmaqla daha dərinləşdirilməsinin əhəmiyyətini qəbul ediblər.

  Suriyanın sərhəd bölgələri və şimal-şərqinə yardımların çatdırılmasının Birləşmiş Millətlər Təşkilatının vəzifəsi olduğu və bu mövzuda fəaliyyətlərin artırılması gərəkliyi danışılıb.

  Qaçqınların könüllü və etibarlı geri dönmələrinin şərtləri, görülən və görüləcək işlər, terrorun hər növünə qarşı mübarizənin davam etdirilməsi, o cümlədən İdlib də daxil olmaqla, Suriya vətəndaşlarına qarşı bütün hücumların dayandırılması ilə bağlı müəyyən razılıqlar əldə olunub”.

  Dördlü Zirvə Toplantısında dövlət başçıları Liviyada siyasi müddətin uzadılması prosesinə də dəstəklərini ifadə edib və bu formatda yığıncaqların tez-tez keçirilməli olduğunu bildiriblər.



Әlaqәli Xәbәrlәr