Fələstin dövlət başçısı Mahmud Abbas bәyanat verdi

Fələstin dövlət başçısı Mahmud Abbas  mühasirə vә işğal altındakı  Fələstin torpaqlarında bir neçə ay әrzindә  parlament seçkilәrinin keçirilәcәyini açıqlayıb.

1315162

Fәlәstin Prezident Aparatından verilәn mәlumata görә,  Mahmud Abbas 29 Noyabr Fələstin Xalqı ilə Beynəlxalq  Həmrəylik Günü  ilə əlaqədar açıqlama verib.

Mahmud Abbas  Fələstin torpaqlarında bir neçə ay әrzindә  parlament seçkilәrinin keçirilәcәyini açıqlayıb.

Mahmud Abbas deyib: ‘‘Seçkiləri qarşıdakı aylarda keçirәcәyik’’.

Fələstin dövlət başçısı M. Abbas  Fələstin xalqının zülm və haqsızlığı qəbul etməyəcəyini vurğulayıb.

"Biz işğal siyasətinə qarşı qanuni mübarizəmizi davam etdirəcəyik. Fələstin xalqı 70 ildən çoxdur müxtәlif fәlakәtlәrә mәruz qalsa da  mübarizəsini  davam etdirib’’,-deyә Fәlәstin dövlәt başçısı vurğulayıb.

Әlaqәli Xәbәrlәr