Avropa Parlamenti üzv ölkələri İstanbul müqaviləsini təsdiqləməyə çağırdı

Avropa Parlamenti (AP) bütün üzv ölkələri “Qadına zorakılığın qarşısının alınmasına dair” İstanbul müqaviləsini təsdiqləməyə çağırdı.

1314475

Fransanın Strasburq şəhərində keçirilən Avropa Parlamentinin ümumi iclasında İstanbul müqaviləsinin təsdiqlənməsinə dair qərar layihəsinin əleyhinə 91, lehinə 500 səs verilib. Beləliklə qərar layihəsi təsdiqlənib.

Qərarda Bolqarıstan, Çexiya, Macarıstan, Litva, Latviya, Slovakiya və İngiltərənin müqaviləni imzaladığı, ancaq təsdiqləmədiyi bildirilərək, bəzi ölkələrdə müqavilə haqqında səhv məlumat yayaraq aparılan kampaniyalar isə qınanıb.

Bu ölkələrə İstanbul müqaviləsini təcili təsdiqləmə çağırışı edilən qərarda Avropa İttifaqı (Aİ) Komisyasının da qadına zorakılığa qarşı mübarizədə ilkin planda yer alması tövsiyə edilib.

Qəyd edək ki, Aİ İstanbul müqaviləsini 2017-ci ildə imzalamışdı.

Son məlumatlar Aİ miqyasında 3 qadından birinin fiziki yaxud cinsi zorakılığa məruz qaldığını ortaya qoyur.

Әlaqәli Xәbәrlәr