İsrailә mәxsus qırıcılar Qәzzanı bombaladı

Mәlumata әsasәn, İsrailә mәxsus qırıcılar Hәmasın Qәzzanın cәnubundakı Xan Yunis şәhәrindәki hәrbi qanadı olan İzәddin әl-Qassam briqadasına aid obyektlәrә altı zәrbә endirib.

1313150
İsrailә mәxsus qırıcılar Qәzzanı bombaladı

 

İsrailә mәxsus qırıcılar  Hәmasın obyektlәrinә ağır zәrbәlәr endirib.

Mәlumata әsasәn, İsrailә mәxsus qırıcılar Hәmasın Qәzzanın cәnubundakı Xan Yunis şәhәrindәki hәrbi qanadı olan İzәddin әl-Qassam briqadasına aid obyektlәrә altı zәrbә endirib.

Mәlumatda bildirilib ki, hücum nәticәsindә hәlak olan vә ya  xәsarәt alan olmayıb.

İsrail ordusundan verilәn açıqlamada isә Hәmasın Qәzzanın cәnubundakı obyektlәrinә ağır zәrbәlәrin endirildiyi bildirilib. Vurulan obyektlәr arasında silahların  istehsal edildiyi mәrkәzlәrin dә olduğu qeyd olunub. Açıqlamada hәmçinin hücumun Qәzzadan atılan raket mәrmilәrinә cavab olaraq hәyata keçirildiyi vurğulanıb.

İsrail ordusunun mәtbuat katibi Aviçay Adraye daha әvvәl şәxsi ‘‘Twitter’’ sәhifәsindәn  verdiyi açıqlamada axşam radәlәrindә Qәzzadan İsrailә iki raket mәrmisinin atıldığını bildirmişdi.



Әlaqәli Xәbәrlәr