Rusiya Kerç boğazında müsadirə etdiyi hərbi gəmiləri Ukraynaya təhvil verir

Rusiya Qara dənizdə Kerç boğazında müsadirə etdiyi hərbi gəmilərini noyabrın 18-də Ukraynaya təhvil verdi.(YENİLƏNDİ)

1308253
Rusiya Kerç boğazında müsadirə etdiyi hərbi gəmiləri Ukraynaya təhvil verir

Rusiya Qara dənizdə Kerç boğazında müsadirə etdiyi hərbi gəmilərini noyabrın 18-də Ukraynaya təhvil verdi.

Rusiyanın Kerç boğazında 2018-ci ilin noyabr ayında müsadirə etdiyi 3 Ukrayna hərbi gəmisinin təhvili Qara dənizin tərəfsiz sular olaraq qəbul edilən bölgəsində reallaşıb.

Ukraynaya məxsus “Nikopol”, “Yeni Kapu” və “Berdyansk” hərbi gəmiləri Ukraynanın Odessa şəhərinə hərəkət edib.

Rusiyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, əlaqər istintaqın başa çatmasından sonra gəmilərin Ukraynaya təslim edildiyi bildirilib.

Ukraynanın xarici işlər naziri Elena Zerkal isə, sosial şəbəkədə verdiyi açıqlamada Haaqa Arbitraj Məhkəməsində prosesin davam edəcəyini bildirərək, "Məqsədimiz əsasların pozulduğunu ortaya çıxarmaq və lazım olan təzminatı almaqdır" ifadələrini işlədib. 

Qeyd edək ki, rus hərbi gəmiləri keçən il noyabr ayının axırında Qara dənizdə Kerç boğazı yaxınlığında sahil sularını pozduğu iddiası ilə Ukrayna donanmasına məxsus 3 gəmini müsadirə etmiş və gəmi heyətini saxlamışdı.

Beynəlxalq Dəniz Hüquq Məhkəməsi may ayında Rusiyanın müsadirə etdiyi hərbi gəmisi və 24 gəmi heyətinin sərbəst buraxılması barədə qərar qebul etmişdi.

Rusiya ilə Ukrayna arasında Kerç boğazı böhranından sonra saxlanılan 24 ukraynalı dənizçinin də aralarında olduğu əsir və məhkumların mübadiləsi sentyabrda reallaşmışdı.



Әlaqәli Xәbәrlәr