Çində uşaq bağçasına hücum təşkil edilib

Çinin Yunnan əyalətində uşaq bağçasına kimyəvi maye ilə təşkil edilən hücum nəticəsində 54 nəfər yaralanıb.

1305065
Çində uşaq bağçasına hücum təşkil edilib

South China Morning Post qəzetinin məlumata görə, təcavüzkar Kaiyuan şəhərində uşaq bağçasının divarına qalxaraq uşaq və müəllimlərin üzərinə kostik soda (natrium hidroksid) səpib. İnsident nəticəsində 51 uşaq və 3 müəllim yaralanıb. 23 yaşlı təcavüzkar həbs olunub. Hadisə ilə bağlı istintaq davam edir.



Әlaqәli Xәbәrlәr