Rusiya vә Fransa prezidentlәri Suriyadakı son vәziyyәti müzakirә ediblәr

Rusiya prezidenti Vladimir Putin vә  Fransa prezidenti Emmanuel Makron Suriyadakı son vәziyyәti müzakirә ediblәr.

1292116
Rusiya vә Fransa prezidentlәri Suriyadakı son vәziyyәti müzakirә ediblәr

 

Rusiya prezidenti Vladimir Putin vә  Fransa prezidenti Emmanuel Makron Suriyadakı son vәziyyәti müzakirә ediblәr.

Kremldən verilәn açıqlamada Rusiya prezidenti Vladimir  Putin vә Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığının olduğu bildirilib.

Mәlumatda liderlәrin söhbәt zamanı Suriyadakı son vәziyyәt әtrafında fikir mübadilәsi apardıqları qeyd olunub.

Mәlumatda bildirilib ki, görüşdә  Suriyanın şimal-şərqindəki vəziyyət  ətraflı şәkildә  müzakirə olunub vә  ölkənin ərazi bütövlüyünə әhәmiyyәt verilmәsinin vacibliyi  vurğulanıb.

Putinin söhbәt zamanı Rusiyanın bölgədəki fəaliyyətləri haqqında Makrona  mәlumat verdiyi bildirilir.

Görüşdә hәmçinin  Suriyadakı  tәrәflәr arasında dialoqun başlamasının əhəmiyyəti vurğulanıb.

Liderlәrin  Ukraynadakı son vәziyyәti dә müzakirә etdiyi bildirilib.  



Әlaqәli Xәbәrlәr