ABŞ Müdafiə Nazirliyi Səudiyyə Ərəbistanına əlavə hərbi qüvvə göndərəcəyini açıqladı

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Aramco” hücumlarına görə Səudiyyə Ərəbistanına 200 əsgər, bir “Patriot” hava müdafiə sistemi və 4 qısa mənzilli radar sistemi göndərəcəyini açıqladı.

1277197

Pentaqonun sözçüsü Yonathan Hofman mövzuyla bağlı açıqlamasında bildirdi ki, Səudiyyə Ərəbistanına istiqamətli son hücumların işığında və onların tələbi qarşısında nazir Mark Esper ABŞ-ın Krallığa bu sistemlərin göndəriləcəyini elan etdi: 200-ə yaxın əsgər, bir “Patriot” hava müdafiə sistemi və 4 qısa mənzilli radar sistemi.

Hofman göndəriləcək sistemlərin Səudiyyə Ərəbistanının mülki və hərbi gücünü qorumaq məqsədli hava və raket müdafiə qabiliyyətinə əhəmiyyətli töhfəsinin olacağını söylədi.

Nazirin əlavə qüvvələrin hazırlanmasını da təsdiqlədiyini qeyd edən sözçü “Bu əlavə qüvvə 2 “Patriot” batareyası və bir “Terminal yüksək sahədə müdafiə (THAAD) sistemi”ni də əhatə edir” ifadələrini işlətdi.

Әlaqәli Xәbәrlәr