ABŞ Kəşmir mövzusunda Hindistana çağırış etdi

Amerika Birləşmiş Ştatları (ABŞ) Hindistandan Cammu Kəşmirə istiqamətli məhdudiyyətlərə son qoymasını istəyib.

1277421
ABŞ Kəşmir mövzusunda Hindistana çağırış etdi

ABŞ dövlət katibinin Cənubi və Orta Asiya üzrə müavini Wells Birləşmiş Millətlər Təşkilatının (BMT) 74-cü plenar iclasının keçirildiyi Nyu –Yorkda jurnalistlərə verdiyi açıqlamada: “Hindistan Cammu Keşmir şəhərinə telekommunikasiya və təhlükəsizlik xidmətlərini məhdudlaşdıran tətbiqlərdən imtina etməlidir. Hindistan və Pakistan istərsə ABŞ prezidenti Tramp kəşmir probleminin həllində vasitəçilik etməkdə hazırdır” -deyə Wells vurğulayıb.

Qeyd edək ki, Hindistan yarım əsrdən çoxdur Cammu Kəşmirə imtiyaz verən 370-cı maddəni avqustun 5-də ləğv edərək bölgənin xüsusi statusuna son qoydu. Qərardan sonra bölgədəki Hindistan təhlükəsizlik qüvvələri, Cammu Kəşmirdə mülki əhaliyə təzyiqə başlada və ərazidə yaşayanlara telekominikasiya xidməti ləngidildi. Bölgədəki idarəçilər və yerli partiya üzvləri nəzarətə alındı.

 



Әlaqәli Xәbәrlәr