ABŞ İranın yüksək vəzifəli şəxslərinə ölkəyə girməyə qadağa qoydu

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo İranın bəzi yüksək vəzifəli şəxslərinin və ailələrinin ABŞ-a girişinin qadağan edildiyini bildirdi.

1277430
ABŞ İranın yüksək vəzifəli şəxslərinə ölkəyə girməyə qadağa qoydu

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo İranın bəzi yüksək vəzifəli şəxslərinin və ailələrinin ABŞ-a girişinin qadağan edildiyini bildirdi.

Mayk Pompeo prezident Donald Trampın məsələyə dair imzaladığı prezident sərəncamına istinad edərək yazılı açıqlama verdi.

 Pompeo açıqlamasında ABŞ-da yüksək səviyyəli təhsil alan və iş imkanı qazanan iranlı rəhbər şəxslərin və ailələrinin ABŞ-dakı azadlıqdan və rifahlı həyatdan sui-istifadə etdiyini qeyd edərək bunları bildirdi: "Bu sərəncamla İranda yüksək vəzifələri olan rejim rəsmiləri və ailələri artıq ABŞ-a girə bilməyəcəklər. Onlar İrandakı korrupsioner fəaliyyətləri və səhv rəhbərlikləri ilə öz xalqlarına əziyyət verdikləri halda, ABŞ-dakı azad cəmiyyətin üstünlüklərindən bəhrələnə bilməyəcəklər".

 Pompeo Tehran rəhbərliyinin İrandakı etnik azlıqlara və fərqli dinə mənsub qruplara təzyiq göstərdiyini vurğuladı.

 Dövlət katibi İran rəhbərliyinin xarici ölkə vətəndaşlarını həbs etmək vasitəsilə xarici siyasətdə kozır əldə etməyə çalışdığına diqqət çəkərək: "ABŞ İran xalqı əziyyət çəkərkən iranlı rəsmilərin və ailələrinin Amerikaya girməsinə icazə verə bilməz" deyə bildirdi.



Әlaqәli Xәbәrlәr