Fransa Səudiyyə Ərəbistanına ekspert qrupu göndərəcək

Fransa prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla apardığı telefon danışığında neft obyektlərini hədəf alan hücuma dair təhqiqata dəstək məqsədilə ekspert qrupu göndərməyə söz verdi.

1271655
Fransa Səudiyyə Ərəbistanına ekspert qrupu göndərəcək


 Fransada Yelisey Sarayından verilən yazılı açıqlamada Fransa prezidenti Emmanuel Makronla  Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman araslnda telefon danışığının olduğu bildirildi.
 
 Makron telefon görüşündə  "Aramco" neft müəssisələrinə edilən hücumu qınayıb, Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu vurğulayıb.
 
 Fransa prezidenti ölkəsinin Səudiyyə Ərəbistanının və bölgənin təhlükəsizliyinə əhəmiyyət verdiyini qeyd edib, neft obyektlərini hədəf alan hücumla bağlı aparılan təhqiqata kömək məqsədilə bu ölkəyə ekspert qrupunu göndərəcəklərini söyləyib.
 
 Xatırladaq ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya aid 2 zavoda şənbə günü yerli vaxtla saat 04.00-də silahlı PUA ilə hücum edilib, nəticədə yanğın çıxıb.
 
Husilər yazılı açıqlama verərək, hücumu 10 drone ilə təşkil etdiklərini bildiriblər.
 
 
 
 



Әlaqәli Xәbәrlәr