"“Saudi Aramco” dövlət neft şirkətinin emal zavoduna edilmiş hücumun başqa nəticələri də olacaq"

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Griffiths Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkətinin emal zavoduna edilmiş dron hücumlarının bölgədən kənarda da nəticələrinin olacağı barədə xəbərdarlıq etdi.

1270934
"“Saudi Aramco” dövlət neft şirkətinin emal zavoduna edilmiş hücumun başqa nəticələri də olacaq"
saudi aramco1.jpg
Martin Griffiths.jpg

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Griffiths Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkətinin emal zavoduna edilmiş dron hücumlarının bölgədən kənarda da nəticələrinin olacağı barədə xəbərdarlıq etdi.

BMT Təhlükəsizlik Şurasına Yəməndəki hadisələr barədə məlumat verən Griffiths “Saudi Aramco” obyektlərinə edilən hücumlarla əlaqədar olaraq, "Bu cür hərəkət Yəməni çətin regional fəlakətə apara bilər" dedi.

Yəmənin sülhdən getdikcə daha çox uzaqlaşdığını bildirən Griffiths müharibənin davam etdiyi müddətcə regional sabitliyə təhdidin artacağını söylədi.

BMT-nin ABŞ-dakı daimi nümayəndəsi Kelly Kraft isə "“Aramco" neft obyektlərinə edilən hücumun ciddi narahatlıq doğurduğunu" bildirərək, bu hücumları qınadı və ABŞ-ın Səudiyyə Ərəbistanının yanında olduğunu söylədi.

Kraft “dəlillərin dünyanın enerji ehtiyatlarına edilən bu hücumun arxasında İranın göstərdiyini" müdafiə etdi.

ABŞ mətbuatının amerikalı səlahiyyətlilərə əsaslandırdığı xəbərlərdə də ABŞ kəşfiyyatının “Aramco”nun obyektlərinə qarşı hücumların İran ərazisindən atılan kruiz raketləri və PUA-larla edildiyini müəyyən edildiyi və bu barədə Ər-Riyadı məlumatlandırdığı  irəli sürüldü.

Digər tərəfdən Səud səlahiyyətlilərinin isə bu hücumların İran ərazisindən edildiyi ilə bağlı qəti bir nəticəyə gəlmədiklərinə diqqət çəkilib.

Səudiyyə Ərəbistanının Yəməndə rəhbərlik etdiyi koalisiya qüvvələri isə “Aramcon”un obyektlərinə edilən hücumların Yəmən əraziləri kənarından İran silahları ilə həyata keçirildiyini açıqladı.

Koalisiya sözçüsü Turki əl-Maliki hücumun haradan çekildiğinin öyrənilməsi üçün istintaqın davam etdiyini söylədi.



Әlaqәli Xәbәrlәr