Qanunsuz məskunlaşdırılan israillilərin müsadirə etdikləri Fələstin əraziləri

Qanunsuz məskunlaşdırılan israillilər qeyri-qanuni yaşayış məntəqəsi yaratmaq üçün İordan çayının qərb sahilində fələstinlilərin ərazisini müsadirə ediblər.

1263191
Qanunsuz məskunlaşdırılan israillilərin müsadirə etdikləri Fələstin əraziləri

Qanunsuz məskunlaşdırılan israillilər qeyri-qanuni yaşayış məntəqəsi yaratmaq üçün İordan çayının qərb sahilində fələstinlilərin ərazisini müsadirə ediblər.

Fələstin Azadlıq Təşkilatından (FAT) heyətin nümayəndəsi Həsən Bureycə bir qrup yəhudi sakinin Beytüllahimin Beyt Cala bölgəsində fələstinlilərə aid əkin ərazisini müsadirə etdiyini və tikinti işlərini başlatdığını bildirib.

Bureycə yəhudi sakinlərin həmin ərazi üzərində mənzil tikməyi istədiklərinə diqqət çəkərək, əraziyə yol, elektirik enerjisi və su kəmərləri çəkməyə başladıqlarını ifadə edib.  

Ərazinin fələstinli ailələrə məxsus olduğunu vurğulayan Bureycə İsrailin həmin bölgəni Osla müqaviləsinə əsasən “C bölgəsi” daxilində qaldığını amil kimi göstərərək yəhudi sakinlərin istifadəsinə açdığını söyləyib.

Fələstin ilə İsrail rəhbərliyi arasında 1995-ci ildə imzalanan “İkinci Oslo müqaviləsi” çərçivəsində İordan çayının qərb sahili; A,B və C bölgələrinə ayrılmışdı.

18 faizi əhatə edən “A bölgəsi”nin nəzarəti idari və təhlükəsizlik baxımından Fələstinə, 21 faizlik “B bölgəsi”nin idari nəzarəti Fələstinə, “təhlükəsizliyi” İsrailə təhvil vərilmiş, 61 faizini təşkil edən “C bölgəsi” isə “idari nəzarəti və təhlükəsizliyi” İsrailə buraxılmışdı.  

İsrail rəhbərliyi öz nəzarətində olduğu səbəbindən ümumilikdə “C bölgəsi”ndə fələstinlilərin yeni bina tikmə yaxud genişlətmə fəaliyyətlərinə icazə vermir.



Әlaqәli Xәbәrlәr