Ellen Lord Türkiyənin  F-35 proqramından çıxarılması ilə əlaqədar açıqlama verdi

ABŞ Müdafiə Nazirliyinin  məsləhətçisi Ellen Lord Türkiyənin  F-35 proqramından çıxarılması ilə əlaqədar açıqlama verdi.

1258863
Ellen Lord Türkiyənin  F-35 proqramından çıxarılması ilə əlaqədar açıqlama verdi

ABŞ Müdafiə Nazirliyinin  məsləhətçisi Ellen Lord Türkiyənin  F-35 proqramından çıxarılması ilə əlaqədar açıqlama verdi.

Türkiyənin müttəfiq ölkə və ABŞ üçün strateji tərəfdaş olduğunu qeyd edən Lord iki ölkə arasındakı əməkdaşlığın davam etdiyini söylədi.

Türkiyənin F-35 proqramı çərçivəsində istehsal etdiyi 900-dən çox ehtiyat hissəsinin hamısının başlanğıçda ABŞ-da buraxılacağını bildirən məsləhətçi Türkiyə şirkətlərinin 2020-ci ilin mart ayınadək proqram üçün ehtiyat hissəsi istehlasatını davam etdirəcəyini vurğuladı.

Lord mülkiyyəti Türkiyəyə aid olan təyyarələrin hələ də Luke hava bazasında olduqlarını və taleylərilə əlaqədar müxtəlif həll yolları üzərində fəaliyyətlərin davam etdiyini bildirdi.  

Lord F-35 proqramından çıxarılmasının Trükiyənin ABŞ-dan digər hərbi texnika almasına təsir edib etməyəcəyinə işarə edərək dedi:

“Türkiyə ilə F-35 mövzusu və digər fəaliyyətlərimizi ayrı tuturuq. Bu mövzu açıq şəkildə (Türkiyənin Rusiyadan aldığı havadan müdafiə sistemi) S-400 ilə F-35 problemi idi. S-400 ilə F-35 proqramları bir-birinə uyğun deyil. Türkiyə müttəfiq ölkə və ABŞ üçün strateji tərəfdaşdır. Buna görə də əməkdaşlığımız hər zaman davam edəcəkdir”.



Әlaqәli Xәbәrlәr