Mahmud Abbas vә Boris Conson arasında telefon danışığı olub

Bu barәdә Fәlәstinin rәsmi WAFA xәbәr agentliyi mәlumat yayıb.

1253414
Mahmud Abbas vә Boris Conson arasında telefon danışığı olub

 

Fәlәstin dövlәt başçısı Mahmud Abbas vә İngiltәrә baş naziri Boris Conson arasında telefon danışığı olub.

Bu barәdә Fәlәstinin rәsmi WAFA xәbәr agentliyi mәlumat yayıb. Mәlumata әsasәn, söhbәt zamanı iki ölkә arasındakı münasibәtlәr vә Fәlәstindәki son vәziyyәt müzakirә olunub.

Mәlumatda Abbasın ölkәsinin beynәlxalq normalar çәrçivәsindә sülhü tәmin etmәyә hazır olduğunu bildirәrәk İngiltәrәnin  Birlәşmiş Millәtlәr Tәşkilatının fәlәstinli qaçqınlara yardım edәn  qurumuna  verdiyi dәstәyi alqışladığı bildirilib.

Boris Conson isә öz növbәsindә İngiltәrәnin iki dövlәtli hәll mәsәlәsindә qәtiyyәtini vurğulayıb  vә İsrailin beynәlxalq normalara zidd olan mәnzillәrin dağıdılması ilә bağlı siyasәtini qınadığını qeyd edib.



Әlaqәli Xәbәrlәr