Böyük Britaniya ABŞ-ın təkidinə baxmayaraq İran tankerilə bağlı qərar verdi

Xatırladaq ki, İran da öz növbəsində Fars körfəzində Böyük Britaniyaya məxsus neft tankerini saxlamış və ekipaj üzvlərini həbs etmişdi. Onlar neft qaçaqmalçılığında ittiham olunurdu.

1253234
Böyük Britaniya ABŞ-ın təkidinə baxmayaraq İran tankerilə bağlı qərar verdi

  Böyük Britaniya məhkəməsi ABŞ-ın təkidinə baxmayaraq, iyulun 4-də Hibraltarda saxlanılan İrana məxsus neft tankerinin buraxılması haqqında qərar verdi.

  Hakim Entoni Dadli araşdırmanın aparıldığını və qanun pozuntusu baş vermədiyini bildirib.

  Xatırladaq ki, İran da öz növbəsində Fars körfəzində Böyük Britaniyaya məxsus neft tankerini saxlamış və ekipaj üzvlərini həbs etmişdi. Onlar neft qaçaqmalçılığında ittiham olunurdu.

  İranın Dənizçilik və Limanlar İdarəsinin rəhbəri Cəlil İsmayili bildirib ki, İran tərəfi Böyük Britaniya ilə bəzi sənədlərin mübadiləsini aparıb: o da cavab olaraq Britaniyaya məxsus tankeri buraxacaq.



Әlaqәli Xәbәrlәr