Tramp ilə demokratlar arasında irqçiliklə bağlı mübahisələr şiddətləndi

Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Tramp ilə demokratlar arasındakı irqçiliklə bağlı mübahisələr şiddətləndi.

1243898
Tramp ilə demokratlar arasında irqçiliklə bağlı mübahisələr şiddətləndi


Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Tramp ölkənin qaradərili əhalisinin ən sıx yaşadığı və yüksək kriminal nisbətləri ilə diqqət çəkən bölgələrindən biri olan Baltimorun  vəkili Elayja Kamminqsə (Elijah Cummings) qarşı tənqidlərini daha da artırdı.
 
Kamminqsi təmsil etdiyi Merilend ştatının Baltimor bölgəsindəki səfalət və geri qalmaya qarşı heç bir şey etməməklə günahlandıran Tramp demokratların "irq kartı"nı oynadığını söylədi.
 
 Tramp bununla bağlı verdiyi açıqlamada: " Elayja Kamminqsin Baltimor xalqı üçün bu qədər az şey etməsi çox kədərlidir.  Baltimorun hər kateqoriyaya görə statistik göstəriciləri ən sonda gəlir. Kamminqs Baltimorun hər şeyindən faydalanaraq heç bir şey etmədi. Lakin artıq xalq bu məsələyə daha şüurlu yanaşmağa başlayıb" deyə bildirdi. 
 
 Tramp digər bir açıqlamasında da: "Demokratlar dəyərli afro-amerikalı cəmiyyətimiz üçün çox az şey edirlər, amma onlar üzərindən hər zaman "irq kartı"nı oynayırlar. Bu gün ABŞ tarixinin işsizliyin ən aşağı səviyyədə olduğu bir dövründəyik. Elayja Kamminqs isə bərbad bir uğursuzluq nümayiş etdirdi" ifadələrini işlətdi.
 
 Elayja Kamminqs isə: "Cənab prezident, mən hər gün öz bölgəmdəki evimə gedirəm. Hər səhər qalxıb öz bölgəm üçün mübarizə etməyə gedirəm. İcra orqanının vəzifələrini yerinə yetirməyini təqib etmək mənim konstitusion vəzifəmdir. Lakin seçildiyim bölgə üçün mübarizə aparmaq mənim əxlaqi borcumdurr" sözləri ilə Trampa cavab verdi.
 
 Tramp bundan başqa Nümayəndələr Palatasında demokratların sədri Nensi Pelosinin (Nancy Pelosi) də  bölgəsi olan Kaliforniya ilə heç maraqlanmadığını, onun yerinə "saxtakarlıq" kimi səciyyələndirdiyi Rusiya ilə bağlı istintaq üzərində mərkəzləşdiyini qeyd etdi.
 
 Trampın açıqlamalarını kəskin tənqid edən Pelosi isə Kamminqsə  istinad edərək: "Ona qarşı bütün irqçi hücumları tamamilə rədd edirik və onun liderliyini sonadək dəstəkləyirik" dedi.



Әlaqәli Xәbәrlәr