Çində torpaq sürüşməsi; 11 adam ölüb

Çinin cənub-qərbində torpaq sürüşməsi nəticəsində 11 adam həyatını itirib, 34 adam dağıntıların altında qalıb

1241349
Çində torpaq sürüşməsi; 11 adam ölüb

Çin Mərkəzi telekanalının (CCTV) məlumatına görə, hadisə ölkənin Guicou əyalətinin Guiyang şəhərinin Liupanşui rayonunda baş verib. Təbii fəlakət nəticəsində 11 nəfər ölüb, 34 nəfər itkin düşüb. Sürüşmənin baş verdiyi ərazidə 21 ev dağılıb. Fəlakət bölgəsinə çox sayda xilasetmə qrupları cəlb olunub.

 



Әlaqәli Xәbәrlәr