Sergey Lavrov Mayk Pompeonun Rusiya ilә bağlı açıqlamasına münasibәt bildirib

Rusiya xarici işlər naziri Sergey Lavrov  Amerika Birləşmiş Ştatları və  müttəfiqlərinin Rusiya ilə Türkiyə arasında İdliblә bağlı imzalanan razılaşmanın hәyata keçirilmәmәsinin tәrәfdarı  olduqlarını deyib.

1237405

Sergey  Lavrov Kot’-İvuar xarici işlər naziri Marsel Amon Tano ilə keçirdiyi görüşdәn sonra baş tutan birgə mətbuat konfransında  ABŞ dövlәt katibi Mayk Pompeonun Rusiya ilә bağlı açıqlamalarına münasibәt bildirib.

Vaşinqton rәhbәrliyinin ‘‘suriyalılar evlәrini tәrk etmәyә davam edirlәr’’ şәklindәki açıqlamalarına toxunan Sergey Lavrov bildirib ki, ABŞ Fәrat çayının şәrqindә terror dövlәti qurmağa çalışaraq kürdlәr ilә әrәblәr arasındakı problemi böyüdür.

Çıxışı zamanı ABŞ-ın İdliblә bağlı açıqlamalarına da  toxunan Sergey Lavrov Amerika Birləşmiş Ştatları və müttəfiqlərinin Rusiya ilə Türkiyə arasında İdliblә bağlı imzalanan razılaşmanın hәyata keçirilmәmәsinin  tәrәfdarı  olduqlarını vurğulayıb.

Lavrov ABŞ-ın öz siyasi və geosiyasi maraqları üçün terrorçuları istifadə etdiyini bildirib.

Qeyd edәk ki, ABŞ dövlәt katibi Mayk  Pompeo  bir televiziya kanalına verdiyi müsahibədə  Rusiyanın Suriyada  İran ilə әmәkdaşlıq etdiyini  xatırladaraq insanların bu sәbәbdәn evlərini tərk etmək məcburiyyətində qaldığını irəli sürmüşdü.

Әlaqәli Xәbәrlәr