Yunanıstan Juan Quaidonu Venesuela dövlət başçısı olaraq tanıdı

Yunanıstan Juan Quaidonu Venesuela dövlət başçısı kimi tanıdığını bildirib. Ölkənin Xarici işlər nazirliyi bu barədə məlumat yayıb.

1234869
Yunanıstan Juan Quaidonu Venesuela dövlət başçısı olaraq tanıdı

Nazirliyin açıqlamasında: “Yunanıstan Avropa İttifaqının tutduğu ümumi mövqe çərçivəsində Venesuelada Milli Məclisin sədri Quaidonu dövlət başçısı qəbul edir.

Qeyd edək ki, illərdir ağır siyasi və iqtisadi böhranın hökm sürdüyü venesuelada müxalifətin nəzarətindəki milli məclisin rəhbəri Quaido, 23 Yanvarda özünü ölkənin müvəqqəti prezidenti elan etdi, başda ABŞ olmaqla bir çox Latin Amerika və qərb ölkəsi tərəfindən dəstəkləndi.

Aprelin 30-da isə Quaido və partiyasının keçmiş lideri Leopoldo Lopez bir qrup əsgərlə Maduro hökumətini devirmək üçün Xalqı küçilərə çağırdı.

Müxaliflər onun çağırışına görə müxtəlif şəhərlərdə küçələrə axışdı. Beləcə başlayan etiraz aksiyaları bəzi bölgələrdə şiddət hadisələrinə çevrildi.

Maduronun müqaviməti qarşısında Lopez əvvəlcə Çili, sonra İspaniyadakı səfirliyə sığındı. Hadisələrdən sonra başladılan istintaq nəticəsində bəzi müxalif millət vəkilləri saxlanarkən bəziləri də bölgə və Avropa ölkələrinə qaçdılar.



Әlaqәli Xәbәrlәr