Misirin sabiq prezidenti Məhəmməd Mursi Qahirədə vəfat etdi

Misirin sabiq prezidenti Məhəmməd Mursi bazar Qahirədə vəfat etdi.

1220118
Misirin sabiq prezidenti Məhəmməd Mursi Qahirədə vəfat etdi

Misirin sabiq prezidenti Məhəmməd Mursi bu gün Qahirədə vəfat edib.

Bu barədə Mısır televiziyası məlumat yaydı.

O, əsas dövlət müttəhimi kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında keçinib. 

Televeziyanın məlumatına görə, Mursi xoşxassəli şişdən əziyyət çəkib və ona müntəzəm olaraq tibbi yardım göstərilib.

Mursi casusluqda ittiham olunduğu məhkəmə iclası zamanı dünyasını dəyişib. Ona söz verilib, daha sonra isə fasilə elan olunub. Həmin an sabiq prezident huşunu itirib və özünə gəlmədən keçinib.

Qeyd edək ki, Misirin sabiq prezidenti Mursi 2012-ci ildə ölkədə 5-ci, seçkilə vəzifəyə gələn ilk prezident oldu.

Misirin sabiq prezidenti Məhəmməd Mursi 3 iyul 2013-cü ildə Sisi başçılığındakı Mısır Silahlı Qüvvələrinin hərbi çevrilişi nəticəsində devrilmişti.

Mursi isə çevrilişi qəbul etmədiyini açıqlamış və xalqı çevrilişə qarşı müqavimətə çağırmışdı.

Çevrilişdən sonra həbs edilən Mursi 6 ilə yaxındır mühakimə edilirdi. Onun səhhi vəziyyətinin xüsusilə son bir ildir yaxşı olmadığı məlum idi.

 



Әlaqәli Xәbәrlәr