Nyu-Yorkda Donald Tramp әleyhinә etiraz aksiyası keçirilib

Etiraz aksiyası Nyu-Yorkun Manhettan bölgәsindә ''Trump''  otelinin qarşısında keçirilib.

1218864
Nyu-Yorkda Donald Tramp әleyhinә etiraz aksiyası keçirilib

 

Amerika Birlәşmiş Ştatlarının Nyu-York şәhәrindә prezidenti Donald Tramp әleyhinә etiraz aksiyası keçirilib.

Mәlumata әsasәn, etiraz aksiyası Nyu-Yorkun Manhettan bölgәsindә ''Trump''  otelinin qarşısında keçirilib. Aksiya iştirakçıları Tramp әleyhinә şüarlar sәslәndirib vә Donald  Tramp rәhbәrliyinin qaçqın siyasәtinә öz etirazlarını bildiriblәr. Aksiyaçılar hәmçinin Amerika-Meksika sərhədlərində ailələri ilə birgə həbs olunan mühacir uşaqların  ailәlәrindәn  uzaqlaşdırılmasına vә xüsusi tәcridxanalara göndәrilmәsinә dә etiraz bildiriblәr.

‘‘ABŞ-ın qaçqın siyasәti bir cinayәtdir’’ yazılı plakatlar daşıyan aksiyaçılar ‘‘Tәcridxanalara xeyir’’, ‘‘Uşaqlar doğun günlәrini  tәcridxanalarda qeyd edirlәr’’ kimi şüarlar sәslәndiriblәr.

Qeyd edək ki, ABŞ rәhbәrliyinin qәrarına әsasәn, Amerika-Meksika sərhəddini  qanunsuz keçən ailələr həbs olunur, uşaqları isə xüsusi təcridxanalara göndərilir. 



Әlaqәli Xәbәrlәr