Manhattan bölgəsində vertolyot qəzaya düşüb

New York ştatının Manhattan bölgəsində vertolyot  çox mərtəbəli binaya çırpıb. Pilotun öldüyü qəzanın terror aktı olmadığı bildirilib.

1216189
Manhattan bölgəsində vertolyot qəzaya düşüb

New York Yanğın keçirdmə idarəsindən yayılan açıqlamaya görə vertolyot, Manhattan yaxınlığında Times Meydanında yerləşən çox mərtəbəli binanın damına düşüb. Qəza nəticəsində baş verən yanğına dərha müdaxilə edilib.

Hadisə yerinə baş çəkən Nyu York valisi Andrew Cuomo jurnalistlərə verdiyi açıqlamada helikopterin binaya enişə etməsinin səbəbini bilmədiyini, bunun adi eniş olmadığını bildirib.

Nyu-York Böyükşəhər Bələdiyyə Başçısı Bill de Blasio da qəzaya düşən ticarət helikopterin heç bir səbəblə orada olmamasının lazım gəldiyini qeyd edib.

De Blasio, hadisənin terror hücumu olmadığını ifadə edərək: “Uzun illərdir helikopterlər Manhattandakı binalara eniş etmir. LaGuardia Havalimanı qüllənin icazəsi olmazdən heç bir helikopter Manhattan bölgəsinə eniş haqqına sahib deyil”.



Әlaqәli Xәbәrlәr