İordan çayının qərb sahilində həbs edilən 8 fələstinli

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 8 fələstinlini həbs etdi.

1204603
İordan çayının qərb sahilində həbs edilən 8 fələstinli

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 8 fələstinlini həbs etdi.

Açıqlamada həbs edilən fələstinlilərin bölgədəki həbsxana mərkəzinə göndərildiyi bildirilib.

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə tez-tez evlərə basqın edən İsrail qüvvələri müxtəlif iddialar irəli sürürək fələstinliləri həbs edir.

İordan çayının qərb sahili və Şərqi Qüdsdə adi hadisəyə çevrilən həbsetmə hallarından sonra aralarında qadın və uşaqların da olduğu fələstinlilərdən bəziləri günlərlə həbsxana mərkəzlərində tutulur.

Fələstin rəsmi qaynaqlarına görə, İsrail həbsxanalarında 500-ə yaxını idari məhkum, 230-u uşaq olmaqla 5 min 700 fələstinli var.

İsrail “idari məhkumiyyət” adlandırdığı bu tətbiqlə fələstinliləri kəşfiyyata əsaslı olaraq 1-6 ay həbsdə saxlayır. Məhkumun “İsrailin əmin-amanlığı üçün təhlükə təşkil etdiyinə” qərar verilməsi halında isə hərbi hakim cinayət isnadını irəli belə sürmədən müddətini 5 ilədək uzada bilir.



Әlaqәli Xәbәrlәr