İƏT beynəlxalq ictimaiyyətə Fələstinə qarşı tarixi ədalətsizliyə mane olunması üçün çağırış etdi

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Nakba (Böyük fəlakət) gününün 71-ci ildönümündə beynəlxalq ictimaiyyətə Fələstinə qarşı tarixi ədalətsizliyə mane olunması üçün çağırış etdi.

1202105
İƏT beynəlxalq ictimaiyyətə Fələstinə qarşı tarixi ədalətsizliyə mane olunması üçün çağırış etdi

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Nakba (Böyük fəlakət) gününün 71-ci ildönümündə beynəlxalq ictimaiyyətə Fələstinə qarşı tarixi ədalətsizliyə mane olunması üçün çağırış etdi.

İƏT tərəfindən həmin mövzuyla bağlı yayılan açıqlamada “Bu faciəli vəziyyət beynəlxalq ictimaiyyətin qanuni qərarları tətbiq etməkdən aciz qalması nəticəsində 70 ildən artıq müddətdir davam edir” ifadəsi yer alıb.

Açıqlamada beynəlxalq ictimaiyyətin Fələstinə qarşı tarixi ədalətsizliyin aradan qaldırılması üçün üzərinə düşən məsuliyyəti yerinə yetirməsinin vacibliyi vurğulanaraq bildirilib ki, Fələstin xalqının Nakba səbəbilə qarşı-qarşıya olduğu problemlər artmaqda davam edir. Bu kədərli hadisə həm şəxsi olaraq, həm də toplum olaraq hələ də yaddaşlardadır. İşğal gücü İsrail torpaqları qarətləməyə, fələstinlilərin evlərini dağıtmağa, qətliam törətməyə, müqəddəs olanları təxrib etməyə davam edir.

Bunlardan başqa İsrailin Qüdsü yəhudiləşdirmə və fələstinliləri yaşadıqları ev-eşiklərindən etmə  siyasətinin davam etdiyi bildirilən açıqlamada vurğulanıb ki, iztirab dolu uzun illərə baxmayaraq Fələstin xalqı davasına olan inancını davam etdirir. Torpaqlarına qayıtma haqqını, şərəfli və azad yaşama hüququnu əldə etmək üçün mübarizə aparır. Ortaya qoyduğu bu şərəfli mövqeyini illərdir davam etdirir.

İƏT-nin ədalətli mübarizəsində milli haqlarını geri alması üçün Fələstin xalqına daimi və tam dəstəyinin vurğulandığı açıqlamada dünya ölkələrinə də müxtəlif vasitələrlə bu xalqa dəstəyini göstərməsi üçün çağırış edilib.

Qeyd edək ki, fələstinlilər İsrailin 14 may 1948-ci ildə işğal etdiyi Fələstin torpaqlarında müstəqilliyini elan etməsi və fələstinliləri təzyiqlə köç etdirməsi səbəbindən 15 may tarixini “Nakba” (Böyük fəlakət) günü kimi yad edir.

İsrail qüvvələri Nakba zamanı bir milyona yaxın fələstinlini təzyiqlə torpaqlarından çıxararaq sürgün etdi, fələstinlilərə məxsus 675 kənd və qəsəbə məhv edildi, minlərlə fələstinli öldürüldü.

Böyük fəlakətə görə hazırda fələstinlilərin 80 faizi qaçqın olaraq dünyanın müxtəlif yerlərində yaşayır.



Әlaqәli Xәbәrlәr