Hollandiyada Türk mənşəli siyasi xadimlərə ölüm təhdidi

Hollandiyada son illərdə artan İslamofobiya və xarici düşmənçiliyi üzündən siyasi partiyalarda Müsəlmanlara yönəldilən təhdidlər də artmağa başladı.

1201806
Hollandiyada Türk mənşəli siyasi xadimlərə ölüm təhdidi
hollanda turk siyasetciler1.jpg
hollanda turk siyasetciler.jpg

Hollandiyada son illərdə artan İslamofobiya və xarici düşmənçiliyi ucbatından siyasi partiyalarda Müsəlmanlara yönəldilən təhdidlər də artmağa başladı. 
“Denk” Partiyasının üzvləri və əksəriyyəti Türklər və immiqrantlar olan bələdiyyə məclis üzvləri Avropa Parlamenti seçkiləri ərəfəsində ölümlə təhdid edilir.
“Denk” Partiyasının sədri Selçuk Öztürk etdiyi açıqlamada Avropada artan İslam əleyhdarlığı və xarici düşmənçiliyi nəticəsində qaçqın və müsəlman siyasətçilərin də hədəf halına gəldiyini söyləyib.
"Doğrunu söylədikləri və səhvlərə “dur” deyərək dik dayandıqları" üçün ən çox təhdidi “Denk” Partiyasının aldığını dilə gətirən Öztürk, "Bu təhdidlər istər istəməz siyasətçilərimizə təsir edir, amma biz yolumuzda davam edirik. Bu təhdidlər bizi dayandıra bilməz və durdura da bilməyəcək. Siyasətçini təhdid edən bütün xalqı təhdid etmiş olur, çünki seçilmiş millət vəkili xalqın səsidir" deyib.
Öztürk AP seçki kampaniyasında təhdidlərin artdığını ifadə edib və bunları söyləyib:
"Binanızı yandırarıq, evinizə gələrik, sizə zərər verərik' kimi təhdidlərlə bizə hədə-qorxu gəllirlər, lakin təhdidlərə görə yolumuzdan və mübarizəmizdən vaz keçmirik. Dik dururuq, düşüncəmizi açıqca söyləyirik və lazım olduğu yerdə oluruq. Hər şeyə baxmayaraq bu təhdidlərə sinə gərərək təhlükəsizlik tədbirlərimizi alırıq".

Polisə şikayətlərini bildirdiklərini və təhdid edənlərin bəzilərinin yaxalandığını bildirən Öztürk bir millət vəkilindən belə təhdid aldıqlarını söyləyib: “Məclisdə Gert Vildersin partiyası olan irqçi partiyanın millət vəkili kürsüdən məni “arxandan gələrəm və səni ovlayaram” mənasını daşıyan ifadələrlə təhdid etdi. Bu məclisdə ağır bir təhdiddir. Bunlar məclisdə baş vərəndən sonra ictimaiyyətdən də bizə təhdidlər gəlməyə başladı”.

“Denk” Partiyasının Schiedam (Şaydam) Bələdiyyə Məclisinin üzvü Doğukan Ergin də seçkilərlə əlaqədar qəzetə verdiyi müsahibədən sonra orta yaşlı bir hollandiyalı tərəfindən ölümlə təhdid edildiyini söyləyib.

“Denk” Partiyasının Roermond Bələdiyyə Məclisinin üzvü Səlami Coşkun da sosial media üzərindən ölüm təhdidi və məscidlərin yandırılmasına dair paylaşmalar aldığını bildirib.

Coşkun ictimaiyyətin fərqli qruplarından təhditlərə görə kədərlərini bildirən zənglər gəldiyini də vurğulayıb.



Әlaqәli Xәbәrlәr