Xuan Quaido ABŞ ordusu ilә әmәkdaşlıq etmәk istəyir

Bu barәdә Xuan Quaido Karakasda keçirdiyi mitinqdә qeyd edib.

1199493
Xuan Quaido ABŞ ordusu ilә әmәkdaşlıq etmәk istəyir

 

Venesuelada özünü müvəqqəti prezident elan edən Milli Məclis sәdri  Xuan Quaydo tәmsilçisinә Amerika Birləşmiş Ştatlarının  ordusu ilə "əməkdaşlıq" məsələsində görüş keçirmәsi ilә әlaqәdar göstәriş verib.

Quaydo  bir qrup əsgərlə aprelin 30-da uğursuzluqla nəticələnən çevriliş cәhdindә iştirak etdiyi üçün  həbs olunan Milli Mәclisin sәdr müavini  Edqar Zambrano  ilә әlaqәdar paytaxt Karakasın Barta səmtində keçirilən etiraz aksiyasında tərəfdarlarına müraciәt edib.

Xuan Quaydo Alfredo Sadel meydanında keçirilәn mitinqdә  ABŞ-dakı tәmsilçisi  Karlos Vechoya ABŞ ordusunun komandiri Qreq Faller ilә görüş keçirmәsi ilә әlaqәdar göstәriş verdiyini bildirib.

Qeyd edәk ki, Xuan Quaydo dünәn şәxsi internet sәhifәsindәn verdiyi açıqlamada Venesuelanı ELN terror tәşkilatına ev sahibliyi etmәkdә ittiham edәn Kolumbiya prezidenti İvan Duque ilә telefon әlaqәsi saxladığını bildirmişdi.

Xuan Quaydo İvan Duque ilә  bu mәsәlәni müzakirә etdiklәrini qeyd etmişdi.

Xatırladaq ki, Venesuela müxalifətinin lideri Xuan Quaydo ölkə əhalisini mayın 11-də etiraz aksiyalarına çıxmağa səslәmişdi.



Әlaqәli Xәbәrlәr