ABŞ Orta Şərqə əlavə hərbi qüvvə göndərdi

Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi  İranla artan gərginlik səbəbindən Orta Şərqə "USS Arlington" amfibiya döyüş gəmisinin və bir "Patriot" hava müdafiə batareyasının göndərildiyini açıqladı.

1199229

 Pentaqondan verilən yazılı açıqlamada: "Müdafiə naziri vəsifəsimi müvəqqəti icra edən Patrik Şanahan (Patrik Shanahan) ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) həftənin əvvəlində əlavə hərbi qüvvə tələbinin bir hissəsi kimi, komandanlığın fəaliyyət bölgəsinə "USS Arlington" (LPD-24) gəmisi və bir "Patriot" batareyasının göndərilməsini təsdiq etdi" deyildi.
 
 Bunların həftənin əvvəlində regiona göndərilən "USS Abraham Lincoln" təyyarə gəmisinin döyüş qrupu ilə Bombardman Vəzifə Qüvvəsinə qoşulacağı bildirilən açıqlamada: "Müdafiə Nazirliyi İran rejiminin, ordusunun və dəstəklədikləri qüvvələrin fəaliyyətini yaxından izləyir"  deyə bildirildi.
 
 ABŞ həftənin əvvəlində İranı hədəf göstərərək "USS Abraham Lincoln" təyyarə gəmisi ilə 4 nüvə başlığı daşıya bilən B-52 bombardman təyyarələrindən ibarət bir vəzifə qrupunu Körfəz bölgəsinə göndərmişdi.
 
Әlaqәli Xәbәrlәr